Yayda duş qəbul edərkən bu səhvə yol verməyin Mütəxəssislər xəbərdarlıq edir
Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yay aylarında havaların temperaturunun artması ilə bir çox insan soyuq duşlarda çarə axtarır.
Medicina.az xəbər verir ki, Lancaster Universitetinin professoru Adam Taylor bununla bağlı xəbərdarlıq edib.
Taylorun sözlərinə görə, soyuq su ilə qəfil təmas orqanizmə gözlənilməz və hətta təhlükəli təsirlər göstərə bilər.
Bədənimizin təbii temperaturu tarazlaşdırma mexanizmləri normal şəraitdə kifayət qədər təsirli olur. Lakin havanın temperaturu bədən istiliyindən yuxarı qalxdıqda bu sistemlər gərginləşir.
Bu zaman ani soyuq duşlar bədəni soyutmaq əvəzinə istiliyi içəridə tutaraq mənfi təsir yaradır.

QAN TƏZYİQİ VƏ ÜRƏK XƏSTƏLƏRİNİN DİQQƏTİNƏ!
Taylor, soyuq suyun dəri ilə təmasda olduqda birdən-birə qan damarlarını sıxdığını və bunun da soyutma prosesinin qarşısını aldığını bildirir.
Üstəlik, ani soyuqluq xüsusilə yüksək təzyiq və ürək xəstəliyi olan şəxslərdə təhlükəli təzyiq artımlarına və ürək ritminin pozulmasına səbəb ola bilər.
15°C-dən aşağı soyuq su ilə duş qəbul etmək “soyuq şok reaksiyası” adlı ciddi fizioloji reaksiyaya səbəb ola bilər. Bu, şüur itkisinə, başgicəllənməyə və hətta infarkt riskinə qədər uzana bilən təsirlər yaradar.
İSTİ SU İLƏ DUŞ QƏBUL EDİN
Taylorun fikrincə, sərinləmənin ən təhlükəsiz və təsirli yolu ilıq su ilə duş qəbul etməkdir. Xüsusilə 26-27°C arasında olan su temperaturu həm bədən səthində qan dövranını artırır, həm də bədən istiliyini balanslı şəkildə aşağı salaraq sərinlik hissi verir. Eyni zamanda ilıq su dəridəki yağ və kirləri daha təsirli təmizləyərək gigiyenanı dəstəkləyir.
Hələ də soyuq duşa üstünlük verilirsə, mütəxəssislər bunu əllər və ayaqlardan başlayaraq tədricən etməyi məsləhət görürlər. Beləliklə, bədən şok yaşamadan yavaş-yavaş soyumağa uyğunlaşa bilər.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 İyun 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















