Icma.az
close
up
RU
Yayda ən təhlükəli hesab olunan ayaqqabı

Yayda ən təhlükəli hesab olunan ayaqqabı

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox insan yay aylarında rahat hesab etdiyi ayaqqabıları seçir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi yay ayaqqabıları uzunmüddətli istifadə zamanı ayaq sağlamlığına ciddi zərər vura bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlərin fikrincə, yay mövsümündə ən təhlükəli ayaqqabı növlərindən biri şlapançılardır. Ayağın bu ayaqqabılarda kifayət qədər sabitlənməməsi yıxılma və müxtəlif zədələnmələr riskini artırır. Bundan əlavə, onların düz və sərt altlığı ayaqların daha tez yorulmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, şlapançıların daimi istifadəsi ayaqda qabar və döyənəklərin yaranmasına gətirib çıxara bilər. Bunun əsas səbəbi ayağın qayışlarla davamlı sürtünməsidir. Eyni zamanda, amortizasiya sisteminin olmaması oynaqlara və onurğaya düşən yükü artırır ki, bu da zamanla bel, diz və ayaq ağrılarına səbəb ola bilər. Şlapançıların hazırlanmasında istifadə olunan keyfiyyətsiz materiallar isə bəzi insanlarda allergik reaksiyalar və dəri qıcıqlanması yarada bilər.

Ekspertlər düz altlıqlı sandalların və balet ayaqqabılarının da tez-tez geyinilməsini məsləhət görmürlər. Bu cür ayaqqabılar yerimə zamanı ayaqları zərbələrdən kifayət qədər qorumur və nəticədə oynaq ağrılarının yaranmasına səbəb ola bilər. Uzun müddət istifadə edildikdə isə dayaq-hərəkət sistemində problemlərin yaranma riski artır.

Həkimlər yay mövsümündə daban hündürlüyü 4 santimetrdən çox olan ayaqqabılara da ehtiyatla yanaşmağı tövsiyə edirlər. Hündür dabanlar ayağa düşən yükün qeyri-bərabər paylanmasına səbəb olur ki, bu da oynaq deformasiyası və xroniki ağrılarla nəticələnə bilər.

Qapalı ayaqqabılar arasında isə düz altlıqlı idman ayaqqabıları və kedlər riskli hesab olunur. Mütəxəssislərin sözlərinə görə, belə ayaqqabılar ayaqların həddindən artıq isinməsinə səbəb ola bilər ki, bu da müxtəlif infeksiyaların inkişafı üçün əlverişli şərait yaradır.

Bundan başqa, onlar ayaq qövsünü kifayət qədər dəstəkləmədiyindən yastıpəncəlik və digər ortopedik problemlərin yaranma riskini artırır.

Həkimlər ayaqqabı seçərkən rahatlıqla yanaşı, ayağın düzgün dəstəklənməsinə, materialın keyfiyyətinə və altlığın amortizasiya xüsusiyyətlərinə də diqqət yetirməyi tövsiyə edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 İyun 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri