Icma.az
close
up
RU
Yayda ən təhlükəli qida məhsulları hansılardır? Rusiyalı həkimdən xəbərdarlıq

Yayda ən təhlükəli qida məhsulları hansılardır? Rusiyalı həkimdən xəbərdarlıq

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Yayda zəhərlənmə riski xeyli artır və bu səbəbdən bəzi məhsulların istehlakı zamanı diqqətli olmaq lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə qida təhlükəsizliyi sahəsində rusiyalı mütəxəssis Yelena Spetsenko Lenta.ru-ya müsahibəsində danışıb.

O, isti havalarda sağlamlıq üçün ən təhlükəli qida məhsullarını sadalayıb.

Yelena Spetsenkonun sözlərinə görə, yüksək temperatur bakteriyaların çoxalması üçün ideal şərait yaradır və bəzi məhsullar xüsusilə təhlükəli hala gəlir. O xəbərdarlıq edib ki, tərkibində zülal olan və tez xarab olan məhsullar ilk növbədə risk altındadır.

"İsti havada mal və quş əti daha təhlükəlidir, xüsusilə də düzgün şəkildə saxlanmayıblarsa. Bir neçə saat günəş altında qalan bişmiş kabab salmonella və ya bağırsaq çöpü (E. coli bakteriyaları) mənbəyinə çevrilə bilər. Eyni şey hazır ət məhsullarına - kolbasa, paştet, kotletlərə də aiddir", - deyə ekspert bildirib.

Spetsenko əlavə edib ki, istidə süd məhsulları da eyni şəkildə təhlükəlidir.

"Kəsmik, xama, qatıq və yumşaq pendirlər patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaradır. Hətta istifadə müddəti hələ başa çatmamış olsa belə, düzgün saxlanmadıqda, bu məhsullar ciddi həzm pozğunluqlarına səbəb ola bilər. Qaymaq əsaslı desertlər xüsusilə təhlükəlidir. Onlar demək olar ki, hiss edilmədən xarab olur. Lakin onlardan istifadə çox ciddi nəticələrə gətirib çıxara bilər", - deyə o qeyd edib.

Bundan əlavə, ekspertin sözlərinə görə, balıq və dəniz məhsulları da risk altındadır. Onlar isti havada tez xarab olurlar, buna görə də hətta kiçik xoşagəlməz qoxu belə, parçalanma proseslərinin başlandığını göstərə bilər.

"Mayonez və digər souslu salatlar da ən təhlükəli yay məhsulları siyahısına daxildir. Rütubətli mühit və inqrediyentlərin bolluğu bakteriyalar üçün ideal şərait yaradır. Salat təzəcə hazırlanmış olsa belə, artıq açıq havada bir saat qaldıqdan sonra orada mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır", - deyə Yelena Spetsenko vurğulayıb.

"İsti havalarda qida seçiminə və onların saxlanmasına xüsusilə diqqətli yanaşmaq lazımdır. Küçə yeməklərindən uzaq durmaq, şübhəli yerlərdə tez xarab olan məhsullar almaqdan çəkinmək, həmişə yararlılıq tarixlərini (son istifadə tarixi) yoxlamaq və hazır yeməkləri ancaq soyuducuda saxlamaq lazımdır. Zəhərlənmənin ilk əlamətləri - ürəkbulanma, halsızlıq, ishal zamanı dərhal həkimə müraciət etmək lazımdır", - deyə mütəxəssis əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 07:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri