Icma.az
close
up
RU
Yayda kondisioneri düzgün necə istifadə etmək olar? Mütəxəssislər xəbərdar edir

Yayda kondisioneri düzgün necə istifadə etmək olar? Mütəxəssislər xəbərdar edir

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Havaların həddindən artıq isti keçməsi fonunda kondisionerdən istifadə halları kəskin şəkildə artır. Lakin səhv istifadə sağlamlıq problemlərinə və enerjidən səmərəsiz istifadəyə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, kondisioner düzgün quraşdırılmadıqda və ya istifadə qaydalarına əməl edilmədikdə nəfəs yolları infeksiyaları, əzələ ağrıları, baş ağrısı və allergik reaksiyalar baş verə bilər.

Düzgün istifadə qaydaları aşağıdakılardır:

Temperatur fərqinə diqqət:

Kondisioner ilə otaq temperaturu ilə çöldəki hava arasındakı fərq 5-7 dərəcəni keçməməlidir. Mütəxəssislər bildirirlər ki, çox soyuq temperatur bədənin adaptasiya imkanlarını pozur və orqanizmdə şok reaksiyası yarada bilər.

Kondisionerin yerləşdiyi istiqamət:

Kondisionerin birbaşa insan bədəninə yönəlməsi tövsiyə edilmir. Soyuq hava axınının bilavasitə üzə, sinəyə və ya bel nahiyəsinə yönəlməsi əzələ tutulmalarına və sinir sıxışmalarına səbəb ola bilər.

Müntəzəm texniki baxış və filtrlərin təmizlənməsi:

Kondisionerin içində toplanan toz, kif və mikroorqanizmlər nəfəs yolu xəstəliklərinə yol aça bilər. Hər 2-3 ayda bir filtrlərin təmizlənməsi və ildə ən azı bir dəfə ümumi texniki baxışın aparılması vacibdir.

Ventilyasiya və hava dövranı:

Otaqda yalnız kondisioner işləməməli, eyni zamanda vaxtaşırı pəncərə açılaraq təbii havalandırma təmin edilməlidir. Bu, havanın durğunluğunu və oksigen çatışmazlığını aradan qaldırır.

Yuxu zamanı istifadə:

Kondisioneri gecə boyu eyni temperaturda saxlamaq əvəzinə, "Sleep mode" funksiyasından istifadə tövsiyə olunur. Bu rejim temperaturu tədricən artıraraq bədəni yüklənmədən qoruyur.

Enerji ekspertləri isə əlavə edirlər ki, kondisionerin çox aşağı temperaturda uzun müddət işləməsi enerji sərfiyyatını artırır və elektrik xərclərini yüksəldir. Daha səmərəli istifadə üçün enerji qənaətli rejimlərdən yararlanmaq və otağın izolyasiyasına diqqət yetirmək vacibdir.

Qeyd edək ki, kondisionerdən düzgün istifadə həm sağlamlıq, həm də iqtisadi baxımdan önəmlidir və yay aylarında həyat keyfiyyətini qorumağın əsas vasitələrindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 İyul 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri