Icma.az
close
up
RU
Kondisioneri yayda necə düzgün təmizləmək olar?

Kondisioneri yayda necə düzgün təmizləmək olar?

Icma.az bildirir, Lent az portalına istinadən.

Yay aylarında kondisioner demək olar ki, hər gün işləyir. Buna görə də cihazın mütəmadi təmizlənməməsi onun soyutma qabiliyyətini zəiflədir, elektrik enerjisi sərfiyyatını artırır və nasazlıq riskini yüksəldir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yay mövsümündə kondisionerin daxilində və xarici blokunda toz, tozcuqlar, həşəratlar və digər çirklər toplanır. Bu isə hava dövranını zəiflədir, soyutmanın keyfiyyətini aşağı salır və otaqda xoşagəlməz qoxunun yaranmasına səbəb ola bilər. Bundan əlavə, vaxtında təmizlənməyən kondisioner bahalı təmir tələb edən nasazlıqlarla da üzləşə bilər.

Filtrləri mütəmadi yuyun

Kondisionerin filtrləri toz və digər çirkləri saxladığı üçün ən tez çirklənən hissələrdən biridir. Yay aylarında filtrləri bir neçə həftədən bir yoxlamaq və yumaq tövsiyə olunur. Əksər modellərdə filtrləri çıxarmaq asandır. Onları ilıq su ilə yumaq kifayətdir.

Güclü çirklənmə olduqda az miqdarda yumşaq yuyucu vasitədən istifadə etmək olar. Filtrləri yenidən yerinə taxmazdan əvvəl tam quruduğuna əmin olmaq lazımdır. Əks halda kif və xoşagəlməz qoxu yarana bilər.

Daxili bloku da unutmayın

Təkcə filtrlər deyil, kondisionerin daxili hissələri də mütəmadi təmizlənməlidir. Havanın keçdiyi barmaqlıqlarda, korpusda və digər səthlərdə zamanla toz yığılır. Bu hissələri yumşaq, bir qədər nəm parça ilə silmək kifayətdir.

Aşındırıcı materiallardan və güclü kimyəvi təmizləyici vasitələrdən istifadə etmək məsləhət görülmür, çünki onlar cihazın hissələrinə zərər verə bilər.

Kondensat axıdılma sistemini yoxlayın

Kondisioner işlədiyi zaman yaranan su drenaj sistemi vasitəsilə xaric edilir. Bu sistem tutulduqda su otağın içinə axmağa başlaya bilər. Əgər daxili blokun ətrafında su izləri və ya xoşagəlməz qoxu hiss olunursa, drenaj sisteminin yoxlanılması və təmizlənməsi üçün mütəxəssis çağırmaq tövsiyə edilir.

Xarici bloku necə təmizləmək lazımdır?

Təmizliyə başlamazdan əvvəl kondisioneri mütləq elektrik şəbəkəsindən ayırın. Xarici blokun ətrafındakı yarpaqları, budaqları və digər zibilləri təmizləyin. Korpusu yumşaq fırça ilə təmizləyə və ya zəif təzyiqli su ilə yuya bilərsiniz. Yüksək təzyiqli su aparatından istifadə etmək məsləhət görülmür.

Güclü su axını kondensatorun nazik metal lövhələrini və digər həssas hissələri zədələyə bilər. Bundan başqa, xarici blokun ətrafında hava dövranına mane olan kol-kos, hündür ot, mebel və digər əşyalar olmamalıdır. Xüsusilə isti yay günlərində bu, cihazın səmərəli işləməsi üçün vacibdir.

Peşəkar texniki baxış nə vaxt lazımdır?

Kondisionerin gündəlik təmizliyini ev şəraitində etmək mümkündür. Bununla belə, mütəxəssislər ən azı ildə bir dəfə peşəkar texniki baxışdan keçirməyi tövsiyə edirlər.

Texnik soyuducu qazın səviyyəsini, daxili hissələrin vəziyyətini, drenaj sistemini yoxlayır və cihazın nasazlıqsız işlədiyinə əmin olur. Vaxtında göstərilən texniki xidmət nasazlıq riskini azaldır, elektrik enerjisinə qənaət etməyə kömək edir və kondisionerin istismar müddətini uzadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 İyul 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri