Yayda körpələr üçün təhlükələr: Günvurma, SPF və kondisionerin riskləri
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Yayda birmənalı şəkildə həm özünüz, həm də uşağınız üçün SPF krem istifadə etməyin! Günəşdən qorunmaq üçün kölgə, papaq, örtülü geyimlər var. Hətta çətirdən istifadə edin”.
Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, SPF (sun protector factor) bir maddədir:
“30-50 göstərilməklə deyil. O, kremin tərkibində var və asanlıqla dəridən qana sorulur.
Günəş ilə təmas həyat eşqi hormonu olan serotonini artırır, bədəni oyadır, enerjini yüksəldir, dəridə D vitamini yaradır. 10-15 dəq açıq yerlərin günəşlənməsi D vitamini yaranması üçün yetərlidir. Günəşin birbaşa şüaları həm də yandıra bilir. Günəş yanığı zamanı soyulma olsa da, olmasa da, “bepantenol” tərkibli köpük ya məlhəm istifadə edilə bilər. Buna görə səhər və axşam saatlarını seçin. Günəş altında qalarkən yuxarıda dediyim vasitələrdən istifadə edin.
Yay girən kimi qaralmaya çalışmayın ki, yay boyunca dərinizdə D vitamini yarana bilsin. Çünki melanin piqmenti ultrabənövşəyi şüaları qaytarır”.
Həkim deyib ki, günvurma günəş şüalarının birbaşa təsirindən olur:
“Bədən temperaturunun qalxması, qusma, baş ağrıları, huşun itməsi kimi əlamətlər olur. Ona görə mümkün olduqca birbaşa günəş şüalarından qaçmaq lazımdır. Hətta başda papaq olsa, beyin qızır və günvurma baş verə bilər. Günvurma ölümlə də nəticələnə bilər. Günvurma olarsa, adamı kölgəyə çəkmək, soyutmağa çalışmaq, su içirmək, bayılma halı varsa, yaxındakı xəstəxanaya çatdırmaq lazımdır.
İstivurma isə isti mühitdə çox qalmaqdan baş verir. İlk yardım eynidir. İstivurma əlamətləri bir neçə gün davam edə bilir. Yəni başağrı,halsızlıq, iştahsızlıq dərhal keçməyə bilər”.
A.İsmayılzadə körpə uşaq olan evlərdə kondisioner işlətməməyi məsləhət görüb:
“Çünki əsas da körpə uşaqlar yerdə iməkləyir,oturur. Və ən soyuq hava yerə yaxın olur. Əgər siz ayağınıza corab geyəinəcək kimi soyuq hiss edirsizsə ,amma yuxarınıza sadəcə sərindirsə ,deməli uşaq da üşüyür. Və uzun müddətli soyuq təsiriğun damarların spazmına və iltihaba şərait yaranır. Uşaqların öz bədəninin soyuq və istini tənzimləmə mexanizmləri var.
İsti havada uşaqları gün ərzində tez-tez yuyundurun, vannada saxlayın”.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















