Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Günvurma səssiz təhlükə

Günvurma səssiz təhlükə

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Günvurma uzun müddət günəş şüaları altında qalmaq və ya bədənin həddindən artıq qızması nəticəsində baş verən istilik zədələnməsidir. Əsasən baş hissənin birbaşa günəşə məruz qalması və ya isti havada fiziki fəaliyyətdən sonra bədən istiliyinin 40°C-yə qədər yüksəlməsi ilə nəticələnir.

Günvurmaya bütün insanlar məruz qala bilər. Amma risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlardır. Şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslər daha tez günvurmaya məruz qalırlar. Günvurma riskini azaltmaq üçün sadə, amma həyati əhəmiyyətli tədbirlər görmək lazımdır.

Həkim terapevt Vüsalə Zeynalova deyir ki, günvurmanın əsas əlamətləri qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Günvurma dəri yanması ilə də müşahidə olunur. Buna misal olaraq qızartı, suluq və s. göstərmək olar. Günvurmanın əsas səbəbləri başın örtüksüz, bədənin açıq və qorumasız halda günəş şüası qəbul etməsidir: "Günvurmaya bürkü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbul edilməsi, həddindən artıq yemək, günəş şüası qəbul edən zaman yatmaq səbəb olur. Gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun yüksəlməsi kimi əlamətlər qeyd edilir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir".

Həkim bildirib ki, günvurma ağırlıq dərəcəsinə görə 3 yerə bölünür: yüngül, orta və ağır. Yüngül günvurma ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir. Orta günvurma kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huş itirmə halları ilə müşahidə olunur. Ağır günvurma isə ölümlə nəticələnir. Günvurmanın ağır forması hətta ölümlə nəticələnə bilər. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur".

Terapevtin söylədiyinə görə, günvurma zamanı tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyinin normadan yüksək olması, sərxoşluq, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qaraciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri patoloji prosesləri daha da dərinləşdirir: "Əgər maye qəbulu lazımi qədər deyilsə, hipertonik dehidratasiya inkişaf edir. Bu hal üçün susuzluq, sinir oyanıqlığının artması, sayıqlama, hallüsinasiya, ətraflarda tremor (əsmə), qıcolma xarakterikdir. Yaxud günvurma diareya ilə birgə baş verərsə, bu zaman hipotonik dehidratasiya inkişaf edir. Bu, daha ağır hal olur, şok və ya koma ilə nəticələnir.

Həkimin sözlərinə əsasən, günəş şüasından qorunmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. Məsələn, günün ən isti saatlarında 12:00-18:00 radələrində insanlar məcbur qalmadıqca çölə çıxmamalıdır. Bu saatlarda dənizə girilməməlidir. Açıq havada olan insanlar açıq rəngli, yüngül, geniş və sıx toxunmuş parçalardan hazırlanan paltarlar geyinməlidir. Həmçinin, baş örtüyü olaraq kənarları geniş və hava dəlikləri olan şapka geyinilməlidir. Bu geyimlər günəşin ultrabənövşəyi şüasının bədənə daxil olmasının qarşısını alır.

V.Zeynalova günvurma zamanı göstərilməli ilkin yardım barədə deyib ki, zərərçəkənə yardım göstərmək üçün ilk növbədə onu sərin otağa və ya kölgəlik yerə aparıb düz yerdə uzatmaq, rahat nəfəs alması üçün paltarının yaxasını açmaq lazımdır. Ona tez-tez, azacıq duzlu su içirmək, üz, əl və sinəsini soyuq su ilə islatmaq və ya soyuq su ilə isladılmış parça ilə silmək məsləhətdir. İlkin yardımı göstərməklə yanaşı, təcili tibbi yardım çağırıb zərərçəkəni yaxınlıqdakı müalicə məntəqəsinə çatdırmaq vacibdir. Ağır hallarda xəstə reanimasiya şöbəsinə yerləşdirilir. Ağırlıq dərəcəsindən asılı olaraq zərərçəkəndə miokard infarktı, aritmiya, ağciyər ödemi, qıcolma tutmaları, böyrək çatışmazlığı və digər halların baş verməməsi üçün bunları etmək zəruridir.

Terapevtin dediyinə görə, istivurma isə gün vurmaya nisbətən daha tez baş verir. İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə qalmaq kifayət edir ki, siz bu hala düçar olasınız: "İstivurma bədən hərarətinin həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. İstivurmanın əsas əlamətləri - ümumi zəiflik, daim mürgüləmə, baş ağrısı, başgicəllənmədir. Sonra isə sifət qızarması, bəzən bədən hərarətinin 40 dərəcəyə kimi artması, dispepsiya (mədə fəaliyyətinin pozulması) - ishal, qusma baş verir. Əgər bu vaxta qədər bədən hərarətinin həddindən artıq qızmasının səbəbləri aradan qaldırılmayıbsa, xəsarət alanda hallüsinasiya, sayıqlama, sonra isə xəsarət alanın özündən getməsi, sifət rənginin solması, dərinin soyuq və hərdən göyərməsi, tər ifrazatının yüksək olması, ürək döyüntüsünün pozulması, nəbzin tez və zəif olması halları baş verir. Belə vəziyyətdə təcili tibbi yardım göstərilməsə, xəsarət alan şəxs ölə bilər".

Terapevt isti günlərdə açıq havada işləyərkən nələrə diqqət yetirmək lazım olduğunu da vurğulayıb: "Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda çölə çıxarkən günəş kremlərindən istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri