Pediatr: “İsti havalarda körpələr günvurma və susuzlaşma riski ilə üz üzədir”
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Son günlər ölkə ərazisində müşahidə olunan 40 dərəcəyə çatan isti hava körpə və azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradır”.
Bunu Demokrat.az-a açıqlamasında pediatr Sevinc Rəhimova bildirib.
Onun sözlərinə görə, körpələrdə bədən istiliyini tənzimləyən sistem tam formalaşmadığı üçün onlar istiyə qarşı daha həssas olurlar:
“Havanın bu qədər isti keçməsi günvurma, susuzlaşma, dəri səpkiləri, halsızlıq və hətta beyin qan dövranı pozulmaları ilə nəticələnə bilər. Xüsusilə 1 yaşa qədər olan körpələrin günün isti saatlarında çölə çıxarılması ciddi risk daşıyır. Əgər mütləq ehtiyac varsa, uşaq başı bağlı şəkildə və tam kölgədə saxlanmalıdır. Körpələrə tez-tez ana südü və ya yaşına uyğun şəkildə maye verilməlidir. Evdə hava axını təmin edilməli, uşağın qaldığı otaq sərin saxlanmalıdır. Körpələrə yüngül, tərləməyə imkan verən pambıq geyimlər geyindirilməlidir. İsti hava davam etdikcə valideynlər xüsusilə 2 yaşa qədər uşaqlar üçün daha diqqətli olmalı və profilaktik tədbirləri ciddi şəkildə yerinə yetirməlidirlər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

ABŞ tənəzzül riski ilə üz üzədir Yellen
01 May 2025 15:46
Seysmoloq: “Azərbaycan güclü zəlzələ riski ilə üz üzədir”
27 Avqust 2025 15:02
“Avropa təhlükəsizlik böhranı ilə üz üzədir”
12 Mart 2025 09:35
Putin yanacaq böhranı ilə üz üzədir...
26 Avqust 2025 00:26
İngiltərə aclıq böhranı ilə üz üzədir
10 Sentyabr 2025 13:12