Icma.az
close
up
RU
Yaz fəslinin özü ilə gətirdiyi XƏSTƏLİKLƏR və onları yaradan SƏBƏBLƏR

Yaz fəslinin özü ilə gətirdiyi XƏSTƏLİKLƏR və onları yaradan SƏBƏBLƏR

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Yaz mövsümü ilə birlikdə fərqli hava şəraiti və təbiətin canlanması insan orqanizmində müxtəlif dəyişikliklərə səbəb olur.

Oxu.Az xatırladır ki, yaz fəsli, adətən orqanizmin zəiflədiyi fəsil hesab olunur.

Mütəxəssislər bildirirlər ki, yaz fəslində müxtəlif xəstəliklərin, o cümlədən, depressiv vəziyyətin artmasının əsas səbəblərindən biri avtonom sinir sisteminin vəziyyətidir.

Həkimlərin fikrincə, gündüz və gecə temperaturu arasında güclü fərq olduqda və ümumiyyətlə, havanın qeyri-sabit keçdiyi dövrdə avtonom sinir sistemininin yükü artır. Tez-tez dəyişən temperatura orqanizmin adaptasiyası çətinləşdiyi üçün həkimlər yüngül paltarlar geyinməyə tələsməyi məsləhət görmürlər.

Digər bir səbəb kimi isə həkimlər gündüz və gecə müddətinin dəyişməsi və qida rasionundakı dəyişiklikləri göstərilirlər. Fikirlərini isə belə əsaslandırırlar ki, adətən, yazın gəlişi ilə insanlar daha çox meyvə-tərəvəz almağa meyillənirlər. Bu zaman isə avtonom sinir sistemi ilə bərabər həm də immun sistemi yüklənir. İqlim dəyişikliyinə görə hormonlar fərqli şəkildə istehsal olunur, bədənimiz daha çox günəş alır və s. Bütün bu kimi amillər bu fəsildə xəstəliklərin artmasına səbəb ola bilir.

Bəs yaz aylarında əsasən hansı xəstəliklər artır?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Oxu.Az-a şərhində qış fəslindən yaza doğru bir sıra xəstəliklərin artması faktını təsdiqləyib:

"Bunların arasında müəyyən infeksion xəstəliklər, həzm taktının xəstəlikləri - mədə və onikibarmaq bağırsağın iltihabı, xoraları, həmçinin bitkilərin çiçəkləməsi ilə əlaqədar həssas insanlarda allergik təzahürlərlə gedən xəstəliklər (məsələn, pollinozlar, bronxial astma və s.) tez-tez rast gəlinir. Buna səbəb isə immunitetin hələ ki, tam bərpa olmaması, bu dövrdə rast gələn hipovitaminoz kimi faktorların olmasıdır", - deyə T.Eyvazov bildirib.

Həkim vurğulayıb ki, infeksion xəstəliklər sırasında kəskin respirator infeksiyalardan qripin azalması ilə yanaşı, daha çox rinovirus infeksiyasının yayılmasını, həmçinin ilboyu təsadüf edən adenovirusun yazda davam etməsi də müşahidə olunur.

"İstənilən halda bu xəstəliklərdən özümüzü qorumaq üçün immunitetimizin möhkəmlədilməsinə yönəlmiş tədbirləri görməli, vitamin və minerallarla zəngin qidaları qəbul etməli, havanın temperaturundan asılı olaraq düzgün geyim seçməli, kifayət qədər istirahət etməli, stresslərdən özümüzü qorumağa çalışmalıyıq", - deyə T.Eyvazov vurğulayıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Mart 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri