Icma.az
close
up
RU
Şəmkir faciəsini yaradan səbəblər KONKRET

Şəmkir faciəsini yaradan səbəblər KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün səhər saatlarında Şəmkir rayonunda baş verən ağır yol qəzası bir daha regionlarda sərnişindaşıma sahəsində təhlükəsizlik probleminin nə qədər dərin olduğunu göstərdi.

Belə ki, Yevlaxdan Şəmkirə istixanaya fəhlələri aparan “Mercedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində 12 nəfər ağır və orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırıldıqca məlum olur ki, bu cür qəzalara gətirib çıxaran əsas amillərdən biri regionlarda “avtobus çatışmazlığı” adı ilə illərdir davam edən qanunsuz təcrübədir — yəni avtobus üçün nəzərdə tutulmayan yük və ya minik tipli mikroavtobusların kütləvi şəkildə sərnişindaşıma vasitəsi kimi istifadəsi və içəridə əlavə, standartlara uyğun olmayan oturacaqların quraşdırılmasıdır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, regionlarda bu praktika nəinki yayğındır, həm də faktiki olaraq nəqliyyat bazarının “adi qaydası”na çevrilib:

“Mikroavtobuslar zavod istehsalından sərnişin daşınması üçün normativ oturacaq sayı ilə çıxır. Lakin rayonlarda həmin maşınlara əlavə oturacaqlar quraşdırılır, bəzən hətta qatlanan, təhlükəsizlik kəməri olmayan, heç bir standartda qeyd olunmayan stullar yerləşdirilir. Bu isə qəza zamanı xəsarətləri dəfələrlə artırır. Şəmkirdəki hadisədə də eyni mənzərəni görürük.

Sürücü ilə birlikdə 23 nəfərin daşınması mikroavtobusun texniki parametrlərinə tam ziddir.”

Cəfərovun sözlərinə görə, müvafiq qurumların tələbi çox sərt olmalıdır:

“Əgər bir mikroavtobusda zavod istehsalı 15 oturacaq varsa, o zaman 15-dən artıq sərnişin daşınması qadağan edilməlidir. Hər bir əlavə oturacaq faktiki olaraq potensial yaralanma riskidir. Bu cür maşınların texniki baxışdan keçməsi formal xarakter daşıyırsa, nəticə qaçılmazdır”.

Yol təhlükəsizliyi üzrə ekspert Kamran Əliyev isə problemin təkcə texniki deyil, həm də sistemli nəzarət boşluğundan qaynaqlandığını deyir:

“Rayonlarda gündəlik yüzlərlə insan işə aparılıb-gətirilir, lakin bu daşımaları həyata keçirən nəqliyyat vasitələri praktiki olaraq heç bir real nəzarət mexanizmi altında deyil. Qanunsuz oturacaqların sökülüb-quraşdırılması prosesi sərnişin daşıma şirkətlərinin gözü qarşısında olur, amma buna göz yumulur. Çünki bu maşınlar çox sərnişin aparmaqla daha çox qazanc əldə edirlər. Nəticədə təhlükəsizlik sıfıra enir”..

Ekspert hesab edir ki, Şəmkirdəki qəza sanki illərdir xəbərdarlığı edilən, lakin qarşısı alınmayan bir problemin növbəti acı nəticəsidir:

“Avtobus kimi istifadəyə uyğun olmayan nəqliyyat vasitələrinin işçi daşımaq üçün seçilməsi regionlarda marşrutların azlığından, rəsmi nəqliyyatın tələbi qarşılamamasından irəli gəlir. Lakin heç bir iqtisadi səbəb insan həyatından üstün ola bilməz”.

Kamran Əliyev əlavə edir ki, işçilərin kütləvi şəkildə qeyri-standart nəqliyyatla daşınması əslində həm də əmək təhlükəsizliyi qanunvericiliyinin kobud şəkildə pozulmasıdır:

“İstixanalara, zavodlara və tikinti obyektlərinə aparılan işçilər sahibkar tərəfindən rəsmi və təhlükəsiz nəqliyyatla təmin edilməlidir. Bu öhdəlik yerinə yetirilmədiyi üçün hər il belə qəzalar görürük. Şəmkir hadisəsi də göstərdi ki, nəzarət mexanizmi yalnız kağız üzərindədir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri