Icma.az
close
up
RU
Yazıçı: Dilə məhəbbət erkən yaşlarından aşılanmalıdır

Yazıçı: Dilə məhəbbət erkən yaşlarından aşılanmalıdır

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər bir xalqın dili onun kimliyi və varlığıdır. Biz xoşbəxtik ki, müstəqil dövlətimiz var və ana dilimiz Azərbaycan dilidir. Ölkəmizdə yaşayan hər kəs dilindən, dinindən asılı olmayaraq ona sayğı ilə yanaşmalıdır.

Bu sözləri yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli AZƏRTAC-a verdiyi müsahibədə bildirib.

Yazıçı Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqda ana dilimizlə bağlı səslənən fikirləri dəstəkləyək deyib: “Azərbaycan dilinin gözəlliyi ondadır ki, poetik, axıcı olmaqla yanaşı, həm də ən fəlsəfi fikirləri ifadə etməyə imkan verir. Xalqımız əsrlər boyu ən çətin şəraitdə də öz dilinə sayğı göstərib, məhəbbət bəsləyib, nəsildən-nəslə ötürərək yaşadıb. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində fəxarət hissi ilə söyləyib: “Dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Təəssüf ki, istər mətbuat səhifələrində, istərsə də ekran və efirlərdə heç bir zərurət olmadan gəlmə sözlərdən istifadə edildiyinin şahidi oluruq. Xüsusən paytaxt Bakıda doğma dilində deyil, yerli-yersiz əcnəbi dillərdə danışanların sayı kifayət qədər çoxdur. Mağaza, dükan, ictimai iaşə müəssiələrinin adı əksər hallarda əcnəbi dildə yazılır. Şəhərin mərkəzində az qala özünü hansısa başqa ölkədə hiss edirsən. Əvvala, əcnəbi dilləri öyrənmək, bilmək qəbahət deyil, ən böyük qəbahət doğma ana dilinə biganəlikdir”.

Mustafa Çəmənli dil haqqında fikirlərini davam etdirərək əlavə edib: “Dilə sevgi anadan başlayır. Ədəbiyyat tarixinə nəzər salıb söz ustalarını göz önünə gətirsək, qürurverici bir mənzərənin şahidi olarıq. Fars, ərəb dillərini gözəl bilən Seyid İmadəddin Nəsimi, Bağdadda ərəblərin əhatəsində yaşayan Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Cahanşah Həqiqi, Xurşidbanu Natavan, Qasım bəy Zakir, Seyid Əzim Şirvanı, rus və bir çox başqa dilləri bilən Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Firudun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli və başqaları öz doğma dillərində yazıb-yaradırdılar. Çünki doğma dili onlar beşikdən başlayaraq öyrənmişdilər, bu dilə sevgi ilikdən-qandan, ata-analarından keçmişdi. Onların hər biri bir neçə dil bilsələr də, dünyaya gözlərini açarkən doğma ana dilində layla, bayatı, nağıl və dastanlara qulaq kəsilmiş, milli ruhda böyümüşdülər. Bu gün gənc analar kiçik yaşlı uşaqları ilə əcnəbi dilində danışırlarsa, başqa dildə kitab-jurnal alıb oxudurlarsa, başqa dildə cizgi və digər filmlərə baxırlarsa, onda həmin uşaqlarda doğma ana dilinə sevgi hardan olacaq?”

“Heç kəs əcnəbi dil bilməyin əleyhinə deyil, əksinə bu, çox böyük mədəniyyət və inkişafdır. Əcnəbi dilləri də öyrənmək, özü də mükəmməl öyrənmək lazımdır. Amma birinci yerdə hər kəsin öz ana dili dayanmalıdır. Azərbaycan dilinin gözəlliyi, axıcılığı, şirinliyi hər vasitə ilə təbliğ olunmalı, xüsusən bağça və məktəbyaşlı uşaqlar arasında ona sevgi oyadılmalıdır. Onlara elə nümunələr seçilib öyrədilməlidir ki, erkən yaşlarından dilə məhəbbət yaransın, onu sevsin və gələcəkdə keşiyində durub qorusun”, - deyə yazıçı bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri