Icma.az
close
up
RU
Yazıçı niyə problem həll eləməlidir?

Yazıçı niyə problem həll eləməlidir?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Azərbaycanda illərdir bitmək bilməyən, hər fürsətdə alovlanan rezin bir müzakirəmiz var: “Ziyalı kimdir, yazıçı nə işə yarayır?”

Ümid Partiyasının sədri İqbal Ağazadənin ziyalılıqla və yazıçılarla bağlı səsləndirdiyi fikirləri dinləyəndən sonra fikrimi bildirmək qərarına gəldim.

İqbal Ağazadə deyir ki, yazıçı və ya şair olmaq insanı birbaşa ziyalı etmir:

“Siz Anarı, Ramiz Rövşəni və başqalarını ziyalı hesab edirsiniz. Amma ziyalılıq nədir? Şeir yazmaq, roman müəllifi olmaq, aktyor və ya aktrisa kimi fəaliyyət göstərmək ziyalı olmaq demək deyil. Bunlar peşələrdir. Məsələn, Anar yazıçıdır. Bir qrup insan yığışıb onun üzərinə getməyib ki, Anar müəllim bizdə demokratiyanın vəziyyəti necə olacaq? İnsanlar ona daha çox tanınmış şəxs olduğu üçün müraciət edir, şəxsi problemlərinin həllində kömək gözləyirlər. Lakin bu, ziyalılıq meyarı deyil. Onlara müraciət edənlər şəxsi problemi üçün gedirlər ki, tanınmış adamlardırlar, hər yerə əlləri çatır, problemləri həll olunsun. Kənddə də icraya, bələdiyyəyə müracət edirlər. Anara müraciət edənlərin problemləri çox vaxt həll olunmur. Ziyalı anlayışı isə tamam fərqlidir. O zaman istifadə olunardı ki, müəyyən qrup insan yığışardılar, hökumət qarşısında hansısa ciddi məsələni qaldırardılar. Sizin dediyiniz həmin ziyalılar bu kimi addımlar atmırlar”.

Burada məni Anarın, yaxud da Ramiz Rövşənin adının çəkilməsi yox, bu müzakirələrdəki arqumentlərdə səslənən qəribə tendensiya maraqlandırır: Cəmiyyətin və elə siyasətçilərin özlərinin də yazıçıdan, sənətkardan hələ də qeyri-adi, az qala dövlət funksiyaları gözləməsi və qiymətləndirməni bu meyarla aparması.

Gəlin, məsələyə heç bir tərəfkeşlik etmədən neytral və praqmatik bir aspektdən baxaq.

İqbal bəy çıxışında deyir ki, insanlar Anarın üzərinə gedib demokratiyanın taleyini soruşmurlar, fərdi problemlərinin həlli üçün müraciət edirlər və bu problemlər də əksərən həll olunmur. Siyasətçi bunu bir növ statusun işləməməsi kimi təqdim edir. Yaxşı, olmasın Anar, olsun qeyri-Anar, vətəndaşın problemi niyə yazıçı tərəfindən həll olunmalıdır ki?

Yazıçı niyə problem həll eləməlidir, ümumiyyətlə? Dövlət məmurudur, icra başçısıdır, nazirdir, əlində büdcə və sərəncam olan bir vəzifə səlahiyyətlisidir, ya bələdiyyə sədridir?

Harada görülüb ki, ümumiyyətlə, ziyalı problem həll edir? Biz niyə sosial, iqtisadi və ya infrastruktur problemlərinin həllini yazıçının imzasından gözləyirik? Küçəyə asfalt çəkmək, kəndə qaz xətti ötürmək, kiminsə fərdi şikayətini müvafiq instansiyalarda həll etmək yazıçının işidirmi?

İqbal Ağazadənin “onlara müraciət edənlərin işi düzəlmir, deməli, bu ziyalılıq meyarı deyil” yanaşması, əslində, elə sovet dövrünün o bürokratik, imtiyazlı, “hər yerə əli çatan” deputat təfəkkürünün başqa bir formasıdır. Bu gün yazıçıya bir dövlət məmuru kimi baxıb, ondan idarəçilik hərəkətləri və ya kütləvi hərəkat rəhbərliyi gözləmək həm yazıçıya, həm də ədəbiyyata qarşı bəsit yanaşmadır.

Yazıçının funksiyası tamamilə başqadır. O, oturub kitabını yazır və uzaqbaşı cəmiyyətin hansısa problemlərini bədii dillə əsərində ifadə edir. Yazıçının işi bundan ibarətdir, bunu da edir. Onun missiyası problem həll etmək yox, problemi bədii müstəvidə görünən etmək ola bilər, o da özü istəsə.

Yazıçıdan əsər istəyin, kitabını alın, oxuyun, tənqid edin. İctimai-sosial problemlərin həllini isə gedin fəaliyyətsiz bələdiyyələrdən, qapısını vətəndaşın üzünə bağlayan rəsmi qurumlardan tələb edin.

Amma bizdə qəribə şəkildə yazıçıya münasibət bəzən rayon icra başçısına münasibətdən daha sərt olur. Adam oturub hekayəsini, romanını yazır, onun təqdimatlarına gəlməyən, bir kitabını alıb oxumayan insanlar soruşur: "Bəs niyə yazıçı çıxıb bu məsələyə münasibət bildirmədi?", “Niyə yazıçı filan problemi həll etmədi?”. Bir yazıçının susması xəbər olur, amma işyarıtmaz bir nazirə, icra başçısına, lap elə hansısa qəsəbənin bələdiyyə sədrinə bir kəlmə deyən yoxdur.

Sovet dövrü cəmiyyətə "ziyalı" adlı xüsusi kasta təqdim etmişdi. Yazıçı, şair, bəstəkar təkcə yaradıcı yox, həm də mənəvi rəhbər kimi təqdim olunurdu. İnsanlar tribunaya çıxmaq imkanından məhrum olduqları üçün onların adından danışacaq simalara ehtiyac yaranırdı.

Müstəqillik dövründə isə vəziyyət dəyişməli idi. Demokratik cəmiyyətdə söz demək hüququ hər kəsə məxsusdur. Vətəndaşın fikrini yazıçı yox, vətəndaşın özü ifadə etməlidir. Problemləri isə məşhur adamlar yox, işlək institutlar və lazımi rəsmi orqanlar həll etməlidir.

Ancaq biz hələ də köhnə vərdişdən qurtula bilməmişik. Bir kənddə su yoxdursa, niyəsə günahkar su idarəsi deyil, hansısa şairdir. Bir vətəndaşın hüququ pozulur, cavab verməli olan məhkəmə deyil, hansısa yazıçıdır. Bir sosial problem yaranır, sanki onu parlament yox, romançı həll etməlidir.

Bu düşüncə həm cəmiyyətə, həm də yaradıcı insanlara qarşı ədalətsizlikdir.

Çünki yazıçıdan hər problemin həllini gözləyən cəmiyyət, əslində, məsuliyyəti aid olduğu ünvandan yayındırır. Yazıçı fikir söyləyə, mövqe ortaya qoya, etiraz edə, dəstək verə bilər – ürəyi istəsə. Amma bunların heç biri onun peşə borcu deyil, vəssalam.

Bu gün Azərbaycana yeni "ziyalı kultu"ndan çox, işləyən institutlar, məsuliyyət daşıyan məmurlar, hesabat verən siyasətçilər və öz hüququnu müdafiə etməyi bacaran vətəndaşlar lazımdır.

Yazıçı isə oturub əsərini yazmalıdır, vəssalam. Kitabını almırsınız, imza gününə gəlmirsiniz, heç olmasa, imkan verin, oturub kitabını yazsın...

Hansı ölkədə bakirə qızların ərə getməsi qadağandır? İsa Qəmbərin oğlu niyə ermənilərə yarınmaq istəyir? Yavaş media, yavaş yemək, yavaş seks
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 İyun 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see598

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see414

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see348

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see283

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see279

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see265

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see263

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see242

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see234

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see231

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see229

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see228

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see225

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see222

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see208

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see207

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see203

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see197

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see191

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri