Icma.az
close
up
RU
Yazıçı publisist: Daşkənddə səkkiz minə yaxın azərbaycanlı yaşayırdı

Yazıçı publisist: Daşkənddə səkkiz minə yaxın azərbaycanlı yaşayırdı

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi iqtisadçı, yazıçı-publisist Rüstəm Dastanoğlu olub. O, doğulub boya-başa çatdığı Göyçə mahalından, uşaqlıq illərini keçirdiyi Basarkeçər rayonunun Daşkənd kəndindən söhbət açıb. Bildirib ki, qədim tarixə, çoxsaylı maddi-mədəniyyət abidələrinə malik olan Daşkənd əsrarəngiz təbiəti, səfalı havası, dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşməsi ilə də diqqət çəkib.

Müsahibin sözlərinə görə, Göyçə gölünün yaxınlığında yerləşən bu yaşayış məntəqəsində səkkiz minə yaxın azərbaycanlı yaşayıb. İndi də ata-baba yurdunun həsrətini çəkdiyini vurğulayan R.Dastanoğlu məşhur yazıçı Çingiz Aytmatovdan misal gətirib: "O deyib: "Biz Vətəni ona görə sevirik ki, uşaqlığımızı orada itirmişik". Müsahib qayğısız uşaqlıq dövrünü Daşkənddə itridiyini, o illər üçün çox darıxdığını söyləyib.

R.Dastanoğlu ötən əsrin əvvəlində, həmçinin ikinci yarısında Qərbi Azərbaycanda xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan da danışıb. Onun sözlərinə görə, el-obasından qaçqın düşən soydaşlarımız sadəcə Azərbaycan Respublikasına deyil, eləcə də xarici ölkələrə, o cümlədən Türkiyənin Yalova, Qars, İzmir ərazilərinə də pənah gətiriblər. O, buna misal olaraq, Yalovada Göyçədərə deyilən yaşayış məntəqəsini, hazırda orada yaşayan sakinlərin Qərbi Azərbaycandan vaxtilə deportasiya edilən soydaşlarımızın nəvə-nəticələri olduğunu diqqətə çatdırıb.

R.Dastanoğlu 1918-ci ildə dörd yaşlı atasının ailəsi ilə birlikdə erməni qırğınlarından yayınmaq üçün kəndi tərk etdiyini, 1948-1953-cü illərdə daşkəndlilərin bütün kənd olaraq köçürüldüyünü, Bərdə rayonunun indiki Yeni Daşkənd ərazisində məskunlaşdığını söyləyib. Qeyd edib ki, sovet hakimiyyəti illərində də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyi hər addımda özünü büruzə verib. Xaricdən köçürülən, yaxud turist kimi gələn ermənilər açıq-aşkar daşnak təbliğatı aparıblar. Onun sözlərinə görə, əgər 1988-ci ilin sonlarında Hamamlı rayonunda zəlzələ olmasaydı, ermənilərin başı özlərinə qarışmasaydı, azərbaycanlıların deportasiyası daha böyük faciələrlə müşayiət olunacaqdı.

R.Dastanoğlu Qərbi Azərbaycanda, o cümlədən Göyçədə saza, sözə böyük dəyər verildiyini xatırladıb. Yurdu ilə bağlı qələmə aldığı “Daşkənd və daşkəndlilər”, “Düşüncələrimin kölgəsi” kitablarında doğma kəndi ilə bağlı tarixi həqiqətləri, düşüncələrini geniş oxucu kütləsinə çatdırıb. Müsahib sonda vurğulayıb ki, hər bir qərbi azərbaycanlı dinc yolla tarixi torpağına qayıtmaq istəyir.

Xatırladaq ki, "Qərbi Azərbaycan Xronikası" layihəsinin məqsədi Azərbaycanın tarixi ərazilərinin adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin sonradan adı silinən toponimlərin, bir sıra yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Yanvar 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri