Icma.az
close
up
RU
Yazıçı, publisist Natiq Məmmədlinin “Sev” romanının təqdimatı olub

Yazıçı, publisist Natiq Məmmədlinin “Sev” romanının təqdimatı olub

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Natiq Məmmədlinin "Sev" romanının təqdimatı olub

Medianın İnkişafı Agentliyinin icraçı direktor müavini, yazıçı, publisist Natiq Məmmədlinin “Sev” romanının təqdimatı və imza günü keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində tanınmış ictimai-siyasi, media nümayəndələri iştirak ediblər.

Rəşad Məcid: "Natiq Məmmədliyə bu romana görə təşəkkür edirəm"

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışı zamanı bildirib ki, Natiq Məmmədli “Sev” romanında iki gəncin sevgisini əsas xətt kimi götürərək onları dünyanın müxtəlif ölkələrinə səyahətə çıxarır:

“Bu romanda müəllif qəhrəmanların müxtəlif ölkələrdəki səyahətlərini təsvir edir və həmin məkanlar barədə maraqlı məlumatlar təqdim edir. Bununla yanaşı, Azərbaycan folklorunu, xüsusilə Sarı Aşığın yaradıcılığını romanda ustalıqla təsvir edib. Sarı Aşığın sevgisi, Yaxşıya olan məhəbbəti və hamımızın dilinin əzbəri olan gəraylıları insanın sevgi, hiss və duyğularının ifadəsində mühüm yer tutur. Natiq Məmmədliyə bu romana görə təşəkkür edirəm. Arzulayıram ki, yazsın, yaratsın və həm jurnalistikamızda, həm də ədəbiyyatımızda öz samballı fəaliyyətini davam etdirsin”.

Vüsalə Mahirqızı: "Natiq Məmmədli həm ədəbi, həm də mətbu yaradıcılığında Azərbaycan dilini qoruyur"

APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı Natiq Məmmədlinin yaradıcılığından bəhs edib: "Natiq Məmmədli mənə hekayələrindən tanışdır. Onun "Professor və samuraylar", "Tiflis yolçuları", "Qəzet köşkünün yerində qalan boşluq", "Molyerin öldüyü gün", "Yiyəsiz baş" hekayələri ilə tanışam. Bu əsərlər Natiq Məmmədlinin ədəbi düşüncəsini, müasir yanaşmasını bariz göstərir".

Vüsalə Mahirqızı bildirib ki, "Sev" romanı da Natiq Məmmədlinin yaradıcılığında növbəti mərhələdir: "Bu roman " Teas Pres" nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap edilib. "TEAS Press"in bu əsəri seçməsinin səbəbi də məhz romanın gənclər üçün, müasir düşüncə üçün cəlbedici olmasıdır. Müəllif "Sev" romanında posmodern ədəbiyyat nümunəsi kimi tarix və müasirliyi paralel inkişaf etdirir. Bu isə müasir oxucu üçün cəlbedicidir".

Vüsalə Mahirqızı qeyd edib ki, Natiq Məmmədli həm də Azərbaycan jurnalistikasının istedadlı nümayəndələrindən biridir: "Natiq Məmmədli həm ədəbi, həm də mətbu yaradıcılığında Azərbaycan dilini qoruyur, onun bütün imkanlarından məharətlə istifadə edə bilir. Buna görə də ona ayrıca təşəkkür edirəm".

Elçin Mirzəbəyli: "Onun yaradıcılığında heç bir süni effekt yoxdur"

Milli Məclisin deputatı, şair Elçin Mirzəbəyli çıxışında bildirib ki, “Sev” romanını böyük həvəslə oxuyacaq: “Romanın adı məni dərhal cəlb etdi. Ümumiyyətlə, bu gün mənəvi olaraq sevgiyə böyük ehtiyacımız var. Natiq Məmmədlinin əvvəlki əsərləri də səmimiyyəti ilə seçilirdi. Əvvəlki hekayə və romanlarına əsasən deyə bilərəm ki, onun yaradıcılığında heç bir süni effekt yoxdur. Sözündə insana, cəmiyyətə, dostluğa yönəlmiş xüsusi bir diqqət var. Məhz onu dəyərli edən də budur”.

Professor Qulu Məhərrəmli bildirib ki, insanlar hazırda çox qəzəblidirlər, buna görə də bu əsər gənclər üçün çox önəmlidir: “Onun hekayələrində mövzular bir-birindən fərqlənir”.

Qulu Məhərrəmli çıxışı zamanı Natiq Məmmədliyə uğurlar arzulayıb və gələcəkdə yeni kitablarının işıq üzü görməsini diləyib.

Jurnalist Fuad Babayev bu əsərin gəclər üçün önəmli olduğunu və “sevgi” anlayışının insanalara aşılamağın vacib olduğunu bildirib.

Sahil İskəndərli çıxış edərək bildirib ki, əsərin ümumi adının “Sev” olması müəllifin kim olduğunu bir daha göstərir: “Elə insanın həyata gəlməsində sevgi var. Sevgi anlayışı çox geniş məzmundur. Bu hissləri yaşamayan insan belə bir əsər yaza bilməz”.

Natiq Məmmədli: "Elə yazmalıydım ki, 21-ci əsr insanının psixoloji qatları əsərdə görünə bilsin"

Sonda Natiq Məmmədli kitabın necə ərsəyə gəlməsindən söz açıb:

“Bu kitabın arxasında böyük bir psixoloji travma dayanır. Bu travmadan çıxmaq üçün özümə bir yol kimi bu imza gününü seçdim. Kitabın adını “Sev” qoymuşam. Bu, sadəcə sevgi romanı deyil, bir marketinq prinsipidir. “Sev” “İncil”in ilk cümləsidir. Allah kitabı göndərəndə insanlara “sev” deyə müraciət edir. Bu, bir müjdədir. Kitabı pandemiya dövründə yazmışam. Pandemiyadan əvvəl həyatımda böyük bir boşluq yaranmışdı və mən bu roman üzərində işləməyə başladım. Mənim düşüncəmdə ədəbiyyat mütləq gənclərə müraciət etməlidir. Ona görə də bu romanı məhz gənclər üçün yazmaq istədim. Elə yazmalıydım ki, 21-ci əsr insanının psixoloji qatları əsərdə görünə bilsin. Vətən müharibəsindən sonra düşünürdüm ki, Azərbaycan ədəbiyyatının əsas mövzusu Qarabağ olmalıdır. Qarabağı sevmək üçün əvvəl insan sevməyi bacarmalıdır. Sevmək lazımdır ki, noyabrın soyuğunda o qayalara dırmaşa biləsən. Bu il iki kitabım çapdan çıxıb. İndi isə düşünürəm ki, hələ nə qədər yazılacaq sözümüz var. İnşallah Qarabağla bağlı romanın təqdimatında görüşərik”.

Natiq Məmmədli sonda tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri