Yazıçı Vüqar Vanın yeni romanının təqdimatı olub
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Yazıçı Vüqar Vanın “Qanun” nəşriyyatında yeni çapdan çıxmış “Hardasa, olardı 13-14 yaşım” romanının təqdimatı olub.
APA xəbər verir ki, “Əli və Nino” kitab mağazasında təşkil olunan imza günündə ədəbiyyat və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasiminin moderatoru, yazıçı, jurnalist Nadir Yalçın romanın bədii məziyyətləri, sturukturu, dil və üslub məsələləri barədə çıxış edib.
Yazıçı Şərif Ağayar, İlham Əziz, Əli Novruzov, şair Şəhriyar del Gerani, şair, tərcüməçi Firudin Ağazadə çıxış edərək roman haqqında fikirlərini bölüşüblər, müasir ədəbi tendensiyalar və problemlər barədə söhbət açıblar.
Çıxışların ardınca müəllif oxucular üçün kitab imzalayıb.
Qeyd edək ki, “Hardasa, olardı 13-14 yaşım” romanının redaktorları Seymur Baycan, Şəhriyar del Gerani və Nadir Yalçındır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Yanvar 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















