Icma.az
close
up
RU
Yazıçı publisist Salman Alıoğlunun 70 illiyi qeyd edilib

Yazıçı publisist Salman Alıoğlunun 70 illiyi qeyd edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 avqust, AZƏRTAC

Onun ilk məqaləsi dövri mətbuatda 1971-ci ildə işıq üzü görüb. İndiyədək 25 müxtəlif adda qəzet və jurnalda 5 mindən artıq məqaləsi dərc edilib. O, jurnalist fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. İndiyədək Qarabağ mövzusunda və müharibə faciələrinə həsr olunan “Müharibə”, “Ayrılıq olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan” və “Gözü yolda qalan var” kitabları nəşr edilib. Müəllifi olduğu “Müharibə” kitabı 1995-ci ildə bu mövzuda yazılmış əsərlərin müsabiqəsində ikinci yerə layiq görülüb. Bu il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü Salman Alıoğlunun Mətbuat Şurasında keçirilən 70 illik yubiley məclisində bəhs olunub.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid uzun illər mətbuat orqanlarında çalışan Salman Alıoğlunun keçdiyi yolu xatırladıb, onun əmək fəaliyyətinin ayrı-ayrı vaxtlarda “Ağdam” rayon qəzeti, “Qarabağ”, “Ədalət” və “Respublika” qəzetləri ilə bağlı olduğunu bildirib. Təcrübəli jurnalistin peşəkarlıq keyfiyyətlərinin gənc qələm sahibləri üçün örnək olduğunu qeyd edib.

Əməkdar jurnalistlər Elşən Əliyev, Rəşid Faxralı, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, araşdırmaçı-jurnalist Elxan Salahov və başqaları tanınmış jurnalistin kitablarından, qələmə aldığı hekayələrin kompozisiya, dil və üslub xüsusiyyətlərindən danışıblar. Qeyd edilib ki, onun publisistik məqalələrində və hekayələrində Qarabağın işğalı, qədim yurd yerlərindən didərgin düşən köçkünlərin taleyi, erməni faşizminin qəddarlığı, qarabağlıların üzləşdiyi haqsızlıq və 30 ilə yaxın Ermənistanın işğalı altında inildəyən torpaqların harayı və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər geniş təsvir olunub. Onun yaradıcılıq nümunələrində kənd həyatının özünəməxsus və şirin bir koloritlə təsvir edildiyi vurğulanıb.

İstefada olan polis polkovniki Sadir Məmmədov, “Olimpiya dünyası” qəzetinin redaktor müavini Aslan Şahverdiyev onunla bağlı xatirələrini söyləyiblər.

Tədbirin yekununda yazıçı-publisist Salan Alıoğluna Mətbuat Şurasının diplomu təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri