Yazın gəlişi bazarda qiymətləri QALDIRDI
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Yazın gəlişi ilə birlikdə təbiətin bəxş etdiyi faydalı bitkilər piştaxtalarda öz yerini alıb. Qulançardan tutmuş cincilimə qədər bir çox otlar insanların maraq dairəsindədir.
Bəs bu otların qiyməti necədir?
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, asan tapılan və yığılması rahat olan məhsullar daha ucuz qiymətə satılır:
"Qulançarın dəstəsi 3-4 manat, giciktən 0.20 manat, cincilimin dəstəsi 1 manat, sündürük kilosu 7 manat, rukkola kilosu 10 manat, şomunun kilosu isə 3 manata təklif olunur. Bu bitkilər dərman kimi istifadə olunmaqla yanaşı, qutab, qazan yeməkləri və turşularda da istifadə olunur".
Bu otların toplanması ilə məşğul olan şəxslərin sözlərin görə, bu bitkilərin yığılması onlara çətin hava şəraitində və saatlarla başa gəlir:
"Hər bitki bir yerdə olur. Onları çətinliklə yığırıq, təmizləyirik. Bu il hava da yağıntılı keçdi. İşimiz göründüyü qədər asan deyil".
Qeyd edək ki, may ayının sonundan qiymətlərin ucuzlaşması gözlənilir.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 09 Aprel 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















