PepsiCo satış qiymətini QALDIRDI
Icma.az, News24 portalına istinadən məlumat verir.
ABŞ Federal Ticarət Komissiyası(FTC) PepsiCo Inc.-ə qarşı iddia qaldırıb.
News24.az xəbər verir ki, Komissiya dünyanın ikinci ən böyük qida şirkətini qiymət ayrı-seçkiliyində ittiham edir.
Komissiyanın rəsmi açıqlamasına görə, PepsiCo öz müştərilərindən birinə (böyük pərakəndə satış zənciri) ədalətsiz qiymət üstünlükləri təqdim edib,eyni zamanda rəqabət aparan pərakəndə satış şəbəkələri və müştərilər üçün qiymətləri qaldırıb.
İddiada PepsiCo-nun üstünlük verdiyi müştərinin adı çəkilmir, lakin CNBC bildirir ki, bu, Walmart ola bilər.
FTC iddia edir ki, Pepsi illər boyu ən böyük müştərilərindən biri ilə rəqabət aparan pərakəndə satıcıları həmin müştəriyə verilən üstünlük və imtiyazlardan məhrum edərək zərərli vəziyyətə salıb.
Bildirilir ki, Pepsi-nin ədalətsiz tətbiqləri qiymətlərin bahalaşmasına səbəb olub, pərakəndə satışçılar arasında ədalətli rəqabət imkanlarını məhdudlaşdırıb.
PepsiCo iddiaları rədd edib və məhkəmədə öz mövqeyini müdafiə etmək niyyətindədir: "PepsiCo-nun təcrübələri sənaye normalarına uyğundur və biz müəyyən müştərilərə üstünlük vermirik"./musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 22 Yanvar 2025 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















