Icma.az
close
up
RU
Yazın müjdəçisi olan novruzçiçəyinin müalicəvi xüsusiyyətləri

Yazın müjdəçisi olan novruzçiçəyinin müalicəvi xüsusiyyətləri

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təbiətdə qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir.

El arasında onu novruzgülü də adlandırırlar.

AZƏRTAC bildirir ki, qədim dövrlərdən etibarən ondan müalicə məqsədilə də istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyinə "Olimpin dərman çiçəyi" adı verilib, İngiltərədə isə onu sehrli çiçək hesab ediblər. Qədim həkimlər novruzgülü ilə iflici müalicə etdiklərinə görə onu "İflic otu" da adlandırırdılar.

Xalq təbabətində novruz çiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik zamanı istifadə olunur. Onu adətən aptek çobanyastığı, dərman gülümbaharı, dərman cəbrayılotu və adi cirə ilə birlikdə təyin edirlər. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsir göstərir. Həmçinin C və A vitaminləri ilə zəngin olduğuna görə həmin vitaminlərin çatışmazlığı zamanı istifadə olunur.

Novruzçiçəyi preparatlarının istifadəsində əks göstəriş yoxdur. Lakin bəzi xəstələrdə ona qarşı yüksək dərəcədə həssaslıq olur. Onunla təmas zamanı həmin xəstələrin dərisində güclü qaşınmalar yaranır və qabarmalar əmələ gəlir.

Emallı qabda bitkinin 1 xörək qaşığı miqdarında kökümsovunun üzərinə 1 stəkan qaynar su əlavə edilərək yarım saat su hamamında dəmlənilir, 15 dəqiqə soyuyandan sonra süzülür. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynanmış soyuq su əlavə edərək bişirmənin həcmi 1 stəkana çatdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edilir. 5-10 qram novruzgülü yarpağının tozu qaynar suda dəmlənilərək gündə 3-4 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir. Novruzgülünün təzə toplanılmış yerüstü hissəsindən alınan şirə gündə 3 dəfə üçdəbir stəkan qəbul edilir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 06 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri