Icma.az
close
up
RU
Xardalın müalicəvi xüsusiyyətləri

Xardalın müalicəvi xüsusiyyətləri

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Xardal və onun xeyirli xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.

Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.

Xardal toxumları (məhz onlardan ənənəvi xardal sousu istehsal olunur) efir yağları, vitaminlər (E, D, A, B), mikroelementlər (kalium, sink, dəmir, maqnezium, kalsium),  polidoymamış turşular, fermentlər, qlikozidlər və s. xeyirli maddələrlə zəngindir.    Xardalın bir çox xeyirli xüsusiyyətləri var. İlk növbədə xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir - iştahanı artırır, həzm prosesləri yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir, mübadilə prosesləri aktivləşdirir.  Xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirinə malikdir. Bizim həzm sistemimizdə yaşayan əksər ziyanlı mikroorqanizmlər xardaldan "qorxur". Xardal mədə-bağırsaq sistemi üçün sanki təmizləyici vasitədir.

Təbii ki, yandırıcı təsir edən xardal sosundan süi-istifadə etmək olmaz ki, həzm sisteminin selikli qişaları yanmasın. Mədə-bağırsaq sistemində ciddi pozulmaları olan (xüsusilə xora xəstəliyi və s.) insanlar üçün xardalın qəbulu əks göstəriş sayılır. Bundan əlavə allergiyadan və vərəmdən əziyyət çəkən insanlar da xardalın qəbulundan çəkinməlidir.

Piylərin parçalanmasını sürətləndirən xardal artıq çəkini yığmağa mane olur.

Soyuqdəymə xəstəlikləri, öskürək, laringit zamanı orqanizmə qızdırıcı təsir edən və qan dövranı sürətləndirən xardalın qəbulu xüsusilə xeyirlidir. Uzunsürən güclü zökəm zamanı axşam yatmazdan əvvəl xardal əlavə edilmiş isti ayaq vannaları qəbul etmək çox xeyirlidir. Digər üsul - yatmazdan əvvəl corablara xardal tozu tökün, corabları geyinin və yatmağa gedin.

Bronxit, revmatizm, nevralgiya, radikulit, podaqra, nevrit zamanı xardal kağızları  müalicəvi vasitə kimi geniş istifadə olunur.

Xardal kişilərdə potensiyanı artırır.

Xardalın qəbulu beyində qan dövaranı stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir.

Xardal yağlı dəri və yağlı saçlar üçün olan kosmetik maskalarda istifadə olunur.

Yağlı dəri üçün olan kosmetik maska belə hazırlanır: 1 çay qaşığı quru xardal tozu 1 xörək qaşığı su və 2 xörək qaşığı ilıq zeytun yağı ilə qarışdırılır və üz dərisinə çəkilir. 15  dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Həftədə 1 dəfə olmaqla bu maskadan istifadə etmək olar. (Əvvəl bu maskanı dərinin kişik hissəsinə çəkin, allergik reaksiya olmadıqda, bütün üz dərisinə çəkmək olar.)

Yağlı saçlar üçün olan maska: 2 stol qaşığı quru xardal, 2 stol qaşığı zeytun yağı, bir qədər şampun qarışdırılır və yumazdan əvvəl saçların köklərinə sürtün. 30 dəqiqədən sonra maskanı yumaq lazımdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see466

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see445

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see286

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see266

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see264

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see249

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see228

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see209

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see203

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see186

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see182

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see180

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see174

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see173

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see166

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see164

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see157

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see151

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see149

Azərbaycan və Türkiyə polisinin birgə əməliyyatı: cinayətkar şəbəkə üzvü həbs edildi VİDEO

17 Avqust 2026 11:43see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri