Icma.az
close
up
RU
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15 də başa çatır

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15 də başa çatır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Yazlıq taxıl sahələrinin sığortalanması üçün nəzərdə tutulan müddət iyun ayının 15-də başa çatır. Aqrar Sığorta Fondu (ASF) yazlıq taxıl əkini ilə məşğul olan fermer və təsərrüfat sahiblərini taxıl sahələrini bu müddətin sonunadək dövlət dəstəkli aqrar sığorta vasitəsilə sığortalamağa çağırır.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aqrar sığorta vasitəsilə istehsalçılara məxsus əkin sahələri dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, eləcə də üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumu kimi risklərdən sığortalanır. Sığorta haqqının 50 faizi dövləti tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə taxıl sahələrini sığortalaya bilirlər. Belə ki, ölkənin əksər ərazilərində 1000 manatlıq məhsul olan 1 hektar buğda və ya arpa sahəsinin sığortalanması fermerlərə cəmi 6-12 manata başa gəlir.

Fermerlər taxıl sahələrini sığorta etmək üçün ASF-nin 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Sığorta haqqı isə Asan Pay sistemi vasitəsilə asanlıqla ödənilir.

ASF yazlıq taxıl becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.

Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə ASF-nin rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində və “Bitkiçilik kalkulyator”u vasitəsilə ətraflı tanış olmaq mümkündür.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsi (asf.gov.az), sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri