YDM ə əks istiqamətdən girib özünə haqq qazandırdı: “Mən belə girirəm, əcəb edirəm” VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 9-da saat 18:24 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, taksi fəaliyyəti ilə məşğul olan 77-NO-563 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yanacaqdoldurma məntəqəsinə əks istiqamətdən daxil olub. Daha sonra o, hərəkət zolaqlarını kəsərək birbaşa ən sağ zolağa manevr edib və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Görüntünü qeydə alan avtomobilin sürücüsü əvvəlcə siqnal vasitəsilə qayda pozan sürücüyə xəbərdarlıq edib, daha sonra ona yaxınlaşaraq iradını bildirib. Lakin qayda pozuntusuna yol verən sürücü “Mən belə girirəm, əcəb edirəm” deyərək hərəkətinə haqq qazandırmağa çalışıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 May 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















