Prospektdə təhlükə yaradan sürücü əl qolla özünə haqq qazandırdı: “Yaxşı edirəm” VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Babək prospektində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 99-TY-843 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, geriyə manevr edən sürücü sola dönən zaman bütöv xəttin tələbini pozub və sağ zolağa keçib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
Qeyd edək ki, təhlükəylə üzləşən sürücü hadisənin görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, siqnal verərək iradını bildirdiyini, lakin qayda pozan sürücünün əl-qol hərəkətləriylə “Mənə maşın sürməyi öyrədəcəksən? Keç yanımdan get. Yaxşı edirəm”, - deyə cavab verdiyini videonun açıqlama bölməsində yazıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Avqust 2025 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















