Yolda sıxlığa səbəb olan sürücü özünə haqq qazandırdı: Əcəb edirəm... VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda dayanma-durma qaydasını pozan və yol nişanının tələbini pozan sürücülər hərəkətə çətinlik yaradıblar. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 31-də, paytaxtın İnşaatçılar prospektində qeydə alınıb. Belə ki, 90-VC-800 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü düzünə hərəkət təşkil edilmiş zolaqdan sola dönməyə çalışır, 77-DS-270 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü isə dayanma-durma qaydasını pozub. Sürücülərin bu hərəkəti yolda sıxlığa səbəb olub.
Görüntünü qeydə alan avtomobilin sürücüsü dayanma-durma qaydasını pozan sürücüyə irad bildirərkən, o, "əcəb edib saxlayıram" deyərək özünə haqq qazandırıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, dayanma-durma qaydasını pozaraq özünə haqq qazandıran sürücü Quliyev Seymur Niyaz oğlu inzibati qaydada məsuliyyətə cəlb edilib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 11 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















