Icma.az
close
up
RU
Yeddi körpənin öldüyü hadisə: Əvvəllər də yanğın olub, tez söndürmüşük, heç kim bilməyib

Yeddi körpənin öldüyü hadisə: Əvvəllər də yanğın olub, tez söndürmüşük, heç kim bilməyib

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Perinatal Mərkəzində baş verən yanğında ittiham olunan şəxslərin məhkəmə prosesi davam edib.

Oxu.Az-ın məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi keçirilən prosesdə şahid qismində ifadə verən Respublika Perinatal Mərkəzinin tibb bacısı Təranə Əhmədova bildirib ki, təqsirləndirilən şəxslərin hər üçünü tanıyır:

"Gecə biz altı nəfər növbədə idik. Gördük, dördüncü mərtəbədə yanğın var. Söndürməyə çalışsaq da, bacarmadıq. Yanğınsöndürən balon olsa da, yararsız idi. Ona görə də istifadə etmədik. Palatada yeddi küvez aparatı var idi, hamısında da körpələr. Yanğın elektrik yuvasından başladı və yayıldı. Biz uşaqları çıxarmağa başladıq. Sonra yanğını söndürməyə mühafizəçi gəldi.

Biz özümüz də yanğınla bağlı təlim keçmişik. Yanğın söndürməyə vedrə ilə su gətirirdik. Palatada 20-yə yaxın elektrik yuvası var idi. Onların əksəriyyətinin üstü açıq idi. Bizi də bir neçə dəfə elektrik cərəyanı vurmuşdu. Ehtimal ki, elə yanğın orada baş verib və yayılıb. Uşaq çox olanda biz elektrik yuvalarına uzadıcı taxırdıq. Hətta elə olub ki, uzadıcıya da uzadıcı taxırdıq.

Bu, mərkəzdə ilk yanğın deyildi. Əvvəllər də yanğın olmuşdu. İkinci və üçüncü mərtəbələrdə müxtəlif vaxtlarda kiçik yanğın olub. Onları tez söndürmüşük, heç kim bilməyib. Əvvəllər palata iki otaqdan ibarət idi. Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra palataların sayı əvvəl üç, sonra isə dörd oldu. Yüklənmə çox idi. İşimiz çoxalmışdı. Bizə təlim zamanı demişdilər ki, hər palatada ən çox dörd küvez ola bilər, amma bizim palatalarda küvez çox idi. Normativ sayda küvez olanda elektrik yuvaları bəs edirdi, uzadıcıya ehtiyac olmurdu, isidicilər belə bəs edirdi".

Hakim şahid ifadəsində ziddiyyət aşkarlandığı üçün onun ibtidai istintaqa ifadəsini elan edib.

Şahid ibtidai istintaqa ifadəsində alovun küvezdən qalxdığını desə də, məhkəmədə elektrik yuvasından baş verdiyini bildirib.

Şahid ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.

Proses iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri