Yeddi OPEC+ ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Yeddi "OPEC+" ölkəsi dekabrda neft hasilatı kvotasının əvvəlki səviyyədə saxlanılması barədə razılığa gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Bu, hasilatla bağlı siyasətdə gələcək düzəlişlərin gələn ildən tez olmayaraq aparılacağı ilə bağlı gözləntilərə uyğundur", - məlumatda bildirilib.
Yekun qərarın qəbul ediləcəyi görüş noyabrın 1-də keçiriləcək.
Xatırladaq ki, 2025-ci ilin aprelindən səkkiz "OPEC+" ölkəsi əvvəllər azaldılmış həcmləri bazara qaytararaq neft hasilatını tədricən artırmağa başlayıb. 2025-ci ilin sentyabrında onlar gündə 2,2 milyon barel məhdudiyyətini tamamilə ləğv edib, oktyabrda isə daha bir ixtisarın - 1,65 milyon barel azalmanın ləğvinə başlayıblar.
BƏƏ 2026-cı il mayın 1-də OPEC və "OPEC+"dan çıxdıqdan sonra format yeddi ölkənin tərkibində işini davam etdirib. 2026-cı ilin sentyabrında onlar qalan məhdudiyyətlərin ləğvini başa çatdırıblar. Beləliklə, ilyarım ərzində ölkələr əvvəllər ixtisar edilmiş bütün neft həcmlərini - gündə 3,85 milyon barel göstəricisini dünya bazarına qaytarıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 31 Oktyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















