Icma.az
close
up
RU
Yeganə Hacıyeva: Azərbaycan Prezidenti CGTN ə müsahibəsində ölkəmizin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərin inkişafı ilə bağlı mövqeyini növbəti dəfə bəyan etdi

Yeganə Hacıyeva: Azərbaycan Prezidenti CGTN ə müsahibəsində ölkəmizin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərin inkişafı ilə bağlı mövqeyini növbəti dəfə bəyan etdi

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 aprel, AZƏRTAC

Zaman-zaman fərqli adlandırılsa da, mahiyyəti dəyişməyən tarixi İpək yolu “Bir kəmər, bir yol” layihəsinin strateji həlqəsi olaraq Azərbaycan Çin üçün qitələrarası nüfuzun artması baxımından həmişə cazibədar olub. Hələ 1990-cı illərdən Qara dənizlə Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rolu olan ölkə kimi Azərbaycan Çinin diqqətini hələ müstəqilliyin ilk illərindən cəlb edib. 2000-ci illərdən isə Azərbaycan həm də Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Çinin diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində CGTN – “China Global Television Network” telekanalına verdiyi müsahibəsi qarşılıqlı tərəfdaşlıq əlaqələrinin təkcə enerji və kommunikasiya resursları deyil, digər sahələrdə də birgə layihələrin sistemli icrası, reallaşdırılması, bir sözlə, faydalılığı haqqında idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyeva bildirib ki, Prezident İlham Əliyevin müsahibəsinin ana xəttini Azərbaycanın onilliklər ərzində inkşaf strategiyası, xarici siyasətdə inkişaf edən sabit ikitərəfli əlaqələrinin, qarşılıqlı siyasi və iqtisadi etimadın möhkəmləndirilməsi, regional və regionlararası strateji layihələrdə rolu haqqında geniş məlumatları təşkil etdi. Dövlətimizin başçısı bunların sayəsində Azərbaycanın qlobal aktor kimi rolunun artmasının, nüfuzunun möhkəmləsinin arayışını verdi desək yanılmarıq.

“Müsahibə sadə çinli izləyicilər üçün qədim mədəniyyətə malik müasir olkə olan Azərbaycan və onun Çinlə münasibətlərinin əhəmiyyətinin tam təsviri idi. Onun vacib hissəsi son illər Azərbaycanla Çin arasında əməkdaşlıq və gələcək mübadilələrin zəmini kimi möhkəmlənən koordinasiyanın prioritetləri və istiqamətlərindən ibarət idi. Qeyd edim ki, belə koordinasiya özlüyündə iki ölkənin ümumi maraqlarının qorunmasına yönəlmiş səmərəli əməkdaşlığın bünövrəsini təşkil edir. Bu səfər çərçivəsində imzalanan sənədlərin icrası məhz bu prioritetlər və istiqamətlər üzrə inkişaf edəcək. İmzalanmış sənədlərə diqqət yetirsək, bu qədər geniş sahələri əhatə edən əməkdaşlıq təşəbbüslərinin Azərbaycanla Çin arasında imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyannamədən irəli gələn istiqamətlər üzərində qurulduğunu görərik”, - deyə o əlavə edib.

Müsahibənin diqqətçəkən məqamlarından birinin qlobal təhlükəsizliklə bağlı məsələlər haqqında olduğunu vurğulayan Y.Hacıyeva deyib ki, bu gün müxtəlif istiqamətlərdən gələn narahatedici çağrışların çoxluğu fonunda Azərbaycan-Çin münasibətlərinin inkişafının həm Cənubi Qafqaz, həm də də qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynaması haqqında gözləntilər var. Azərbaycan Prezidentinin verdiyi mesajlarda ticari aspektlər, Çinin çox geniş imkanlarının Azərbaycan üçün yeni bazar kimi dəyərləndirilməsi nüansı diqqətdən qaçmamalıdır. Çünki səfərin əsas yükü məhz bu missiya üzərindən qurulmuşdu.

Aydın məsələdir ki, münasibətlərin davamlı inkişafı, eləcə də iki ölkə arasında çoxşaxəli tərəfdaşlıq-əməkdaşlıq əlaqələrin dərinləşməsi, sadəcə, təşəbbüslə həll olunmur, burada həm də dəqiq strateji planlaşdırma və kompleks tədbirlərin işlənib hazırlanması vacibdir. Prezident İlham Əliyev müsahibədə bunun yol xəritəsinin vektorlarını elan etdi.

Mətbuat Şurası İdarə Heyətinin üzvü bildirib ki, dövlətimizin başçısı, həmçinin son illər iki ölkənin hökumətləri, media təsisatları, parlamentləri, hakim partiyaları və regionları arasında qarşılıqlı əlaqələrin genişlənməsi, Azərbaycan-Çin münasibətlərinin sağlam, sabit və davamlı inkişafı üçün müsbət inkişaf tempi vəd etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanla Çin arasında bu praktiki əməkdaşlıq ikitərəfli münasibətlərin yüksək dəyərini tam şəkildə əks etdirən zəngin bəhrə verir, ölkələr arasındakı ticarət dövriyyəsi artır və sair.

Y.Hacıyeva, eyni zamanda, qeyd edib: “Müsahibədə diqqətçəkən vacib məqamlardan biri də Azərbaycanın xarici siyasətdə əməkdaşlıq prioritetləri, istiqamətləri və ümumilikdə baxışları haqqında oldu. Azərbaycan Prezidentinin fikirləri Qoşulmama Hərəkatının aparıcı qüvvəsi - üzv ölkəsi kimi Azərbaycan xarici siyasət strategiyasını balanslı yanaşma prinsipi üzərindən qurulmasının uğurunu tam miqyasda göstərdi.

Azərbaycan məhz bu prinsip üzərindən qlobal güc mərkəzləri ilə münasibətdə hər zaman müstəqil, hər hansı bir bloka qoşulmayan, üçüncü tərəfə qarşıdurma yaratmağa imkan verməyən, üçüncü tərəfləri hədəf almayan əməkdaşlıq prinsiplərinə sadiq qalır. Dövlətimizin başçısı Azərbaycanın etibarlı, azadlıqsevər və sülhpərvər ölkə kimi qarşılıqlı hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mövqeyini növbəti dəfə bəyan etmiş oldu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri