Icma.az
close
up
RU
Yeganə Hacıyeva: “Aİ Rusiyanın qaz və neftinə alternativ axtarır”

Yeganə Hacıyeva: “Aİ Rusiyanın qaz və neftinə alternativ axtarır”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Avropa İttifaqı fəal şəkildə Rusiya qazı və neftinə alternativ axtarır və Azərbaycan bu strategiyada əsas oyunçulardan biridir. 

Azərbaycan xüsusilə “Cənub Qaz Dəhlizi” (CQD) vasitəsilə Avropaya neft və qaz tədarükçüsü kimi bazarda öz yerini tutmağa çalışır. Avropanın Rusiyanın enerji resurslarından asılılığının azaldılması kontekstində Azərbaycan özünü Avropaya etibarlı neft və qaz tədarükçüsü kimi tanıdıb.

“Azeri Light” neftinə qarşı örədilən təxribatlar azərbaycan qazı və neftinin inteqrasiya prosesini ləngidə və Avropanın ehtiyatlılığını artıra bilər.

Neftin “premium” spesifikasiyasına uyğun gəlməməsi və bu mövzuda informasiya hücumları kimi təxribatlar Azərbaycan neftinə olan inamı sarsıdmağa, onun rəqabət qabiliyyətini aşağı salmağa və nəticədə ölkənin ixrac potensialını zəiflətməyə hesablanmış hibrid hücumdur. 

Azərbaycanın “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə xam neft ehtiyatlarında üzvi xlorid çirklənməsinin aşkar edilməsi haqqında ehtimallar bir sıra avropalı enerji qrupları tərəfindən bu ilin iyul ayında səsləndirilib. 

Rusiya mətbuatı və Avropada "Qazprom" ASC-nin (Rusiya) nəzarətində olan mənbələri isə Azərbaycanın neft və qaz tədarükünün etibarlılığı və keyfiyyəti ilə bağlı mütəmadi olaraq neqativ məlumatları hələ bu ilin yanvar ayından tirajlamağa başlayıblar.

Rusiyanın nəzarətində olan media təsisatlarda bu təbliğat dalğasına “AzAL”-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qroznı səmasında şübhəli şəraitdə qəzaya uğraması və daha sonra məcburi eniş üçün Qazaxıstana istiqamət alaraq orda qəza enişi etməsindən bir neçə gün sonra start verilib. 

Azərbaycan enerji sektoruna qarşı belə təbliğat, İstehlakçılar, investorlar və beynəlxalq tərəfdaşlar arasında şübhələr yaratmağa, Azərbaycanın güvənli və etibarlı tərəfdaş reputasiyasına xələl gətirməyə  və iqtisadi itkilərə səbəb olmağa hrsablanmışdır. 

Mediada dezinformasiya və neqativ xəbərlərlə paralel “Azeri Light” neftinə qarşı müxtəlif vasitəçi şirkətlər/treyderlər/logistik operatorlar  və bazarlar vasitəsilə texniki/süni qıtlıq yaratmaqla qiymətlərin aşağı salınmasına cəhdlər olunub.

Vasitəçi şirkətlər neft hasil etməyən, əvəzində onun tədarükü, təkrar satışı, logistikası və qlobal bazarda təchizatın optimallaşdırılması ilə məşğul olan şirkətlərdir. 

Vasitəçi şirkətlər tədarük zəncirinin formalaşmasında əsas rol oynayır və məhsulun qiymətinə və keyfiyyətinə təsir göstərə bilir.Bu enerji bazarında qiymət müharibəsi aparmağın bir üsuludur. Vasitəçi şirkətlər tədarükün həcmini və keyfiyyətini manipulyasiya edə , qiymətlərə təsir edə , bazarda süni qıtlıq və ya neftin artıq tədarükünü yarada bilirlər.

“Azəri Light” neftinə təxribatlarla paralel avqust ayında Ukraynada yerləşən SOCAR-ın  infrstrukturlarına  iki hücum, ölkənin dövlət qurumları və kritik infrastrukturlarını internetlə təmin edən ən iri magistral operatoruna kiberhücumlar təşkil olunub.

Ukraynada SOCAR-ın infrstrukturlarına hücumlar, ölkənin dövlət qurumları və kritik infrastrukturlarını internetlə təmin edən ən iri magistral operatoruna kiberhücum, enerji sektoru haqqında dezinformasiya və iqtisadi təzyiqlər, “Azəri Light”-ə qarşı təxribatları geniş hibrid əməliyyatların bir hissəsidir. 

Azərbaycana qarşı təxribatlar Rusiyanın regionda və qlobal miqyasda geosiyasi və iqtisadi təsirini qoruyub saxlamağa yönəlmiş düşünülmüş strategiyadır.

Bu, rəqibləri zəiflətməklə, enerji üstünlüyünü saxlamaq və regionda strateji proseslərə təsir etmək cəhdidir.Hibrid hücumlar Azərbaycanın iqtisadi sabitliyini zəiflətməklə müstəqil xarici siyasət yürütmək imkanlarını, yəni regional müqavimətini azaltmağa hesablanıb. 

Bir sözlə, “Azeri Light” neftinin çirkləndirilməsi texniki insident deyil, iqtisadi, hüquqi və geosiyasi nəticələrə hesablanmış  hibrid hücumdur. “Azeri Light” Azərbaycanın enerji diplomatiyasının əsas alətidir və neftin  çirkləndirilməsi ilə Azərbaycanın enerji diplomatiyası hədəfə alınıb.

Azərbaycanın Avropa İttifaqı ilə dayanıqlı və güvənli tərəfdaşlığı, Azərbaycanın etibarlı enerji tədarükçüsü imicinin sındırılması hədəflənib. 
Rusiyanın beynəlxalq bazarlarda neftin qiymətinə və tədarükünə təsir etmək üçün vasitəçi şirkətlərin iştirakı ilə mürəkkəb sxemlərdən istifadə etməsi ilə bağlı sənədləşdirilmiş faktlar var. 

2023-2024-cü illərdə Rusiyanın maraqları ilə idarə olunan treyderlər və şirkətlər şəbəkələrinin  Azeri Light markalı xam neft tədarükünü süni şəkildə pozmaq üçün istifadə olunub. Belə aktivlərə logistik operatorlar vasitəsi ilə  daşınmada gecikmələr, məhsulun keyfiyyətinin manipulyasiyası və qiymət təzyiqi daxildir.

Bu aktivlər Azərbaycanın xam neftinin rəqabət qabiliyyətini azaltmaqla, Rusiyanın “Urals” xam neftinə Avropa və Asiyanın əsas bazarlarında öz mövqeyini qoruyub saxlamağa imkan yaradıb. Bu, Azərbaycana Qərb və digər tərəfdaşlarla əməkdaşlığını çətinləşdirən güc və təsir nümayiş etdirmək üsuludur.

Qiymət müharibələri və dezinformasiyalar və bu  kimi hibrid təzyiq üsulları Rusiyanın qlobal enerji bazarında dominantlığını saxlamaq üçün tətbiq etdiyi daha geniş strategiyanınə bir hissəsidir.Təxribat nəticəsində təchizatçılar və neft emalı zavodlarına fasilələr və təmirlər səbəbindən milyonlarla itki dəyib.

Neft emalı və korroziyaya qarşı təmir xərclərinin artıb və ölkə üçün ixrac gəlirlərinin azalıb. Azərbaycan dövləti üçün  xammal ixracatçısı kimi öz neftinin keyfiyyətinə olan etibarı qoruyub saxlamaq , ölkənin etibarlı enerji tədarükçüsü imicini müdafiə etmək həyati əhəmiyyət daşıyır.

Yeganə Hacıyeva, 
Mətbuat Şurası İdarə Heyyətinin üzvü
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri