Icma.az
close
up
RU
Yeganə Hacıyeva: Vahid qurum qərarvermə prosesini sürətləndirə bilər

Yeganə Hacıyeva: Vahid qurum qərarvermə prosesini sürətləndirə bilər

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Vahid Media və Yayım Şurasının yaradılması media idarəçiliyinin yeni mərhələsinə keçidi kimi dəyərləndirə bilərik. Ənənəvi media sərhədləri faktiki olaraq aradan qalxıb , əvvəllər televiziya, radio, çap və internet mediası ayrı-ayrı sahələr hesab olunurdu.

Hazırda bütün bu platformalar vahid informasiya ekosistemində fəaliyyət göstərir. Televiziya kanalları rəqəmsal yayım həyata keçirir, xəbər portalları video kontent istehsal edir, sosial media isə hər ikisinin klassik və rəqəmsal medianın funksiyalarını öz üzərinə götürüb".

"Cebheinfo.az" xəbər verir ki, bunu  Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O bildirib ki, belə şəraitdə müxtəlif media seqmentlərinin ayrı-ayrı qurumlar tərəfindən idarə olunması ən azı effektiv deyil:

"Vahid tənzimləyici institut media siyasətinin daha sistemli həyata keçirilməsinə imkan yarada bilər. Hazırda media sektorunda dövlət siyasətinin formalaşdırılması, dəstək mexanizmlərinin tətbiqi və tənzimləmə funksiyaları müxtəlif strukturlar arasında bölünüb. Bu isə çox hallarda səlahiyyətlərin toqquşması, qərarların qəbulunda vaxt itkisi və resursların təkrarlanmasına səbəb olur.

Vahid qurum isə qərarvermə prosesini sürətləndirə, idarəetmə xərclərini azalda və dövlət resurslarının daha səmərəli istifadəsini təmin edə bilər. Rəqəmsal transformasiya dövründə informasiya təhlükəsizliyi medianın inkişafı, peşəkar jurnalistikanın təşviqi, audiovizual məkanın tənzimlənməsi məsələləri ilə sıx bağlıdır. Əlbəttə, yeni media modelinin uğuru təkcə institusional yenidənqurma və ya struktur dəyişikliklərinin miqyası ilə ölçülməyəcək".

Onun sözlərinə görə, bu prosesin real nəticələri ilk növbədə yeni kommunikasiya ekosisteminin mahiyyətini, rəqəmsal transformasiyanın təbəqələrini və cari və dövrü media istehlakının dəyişən dinamikasını dərindən anlayan peşəkar insan kapitalının formalaşdırılmasından bir başa asılı olacaq:

 "Söhbət yalnız nəzəri biliklərə malik idarəçilərdən deyil, qlobal media transformasiyalarını praktik müstəvidə müşahidə edə bilən , rəqəmsal medianın iş prinsiplərini, texnoloji çağırışlarını və gələcək inkişaf trayektoriyalarını idarəetmə qərarlarına çevirmək qabiliyyətinə malik şəxslərdən gedir. Çünki yeni media arxitekturasının effektivliyi qəbul edilən qərarların sayında deyil, həmin qərarların zamanın tələblərinə nə dərəcədə adekvat cavab verməsində özünü göstərəcək.

Bu baxımdan, qarşıdakı mərhələnin taleyi strukturun adından və ya təşkilati formasından daha çox, onun daxilində cəmləşəcək intellektual potensialın səviyyəsindən və strateji baxışın keyfiyyətindən asılı olacaq. Bir sözlə, uğurlar!

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri