Icma.az
close
up
RU
Yekaterinbruqda baş verənlərdə İran izi Maksim Şevçenkodan yeni versiya

Yekaterinbruqda baş verənlərdə İran izi Maksim Şevçenkodan yeni versiya

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


"Rusiya-Azərbaycan əlaqələrinin indiki durumuna münasibətim çox mənfidir. Mən hesab edirəm ki, bu münasibətlər Rusiya və Azərbaycandan asılı deyil. Bu, müxtəlif transmilli, maliyyə elitalarından asılıdır. Onlardan bəziləri Rusiya, bəziləri Azərbaycanla işləyirlər. Həmin transmilli qruplar arasında münaqişə təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri müəyyən edir".

Bakupost.az xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Yekaterinbruqda azərbaycanlılara qarşı baş verən hadisələr fonunda iki ölkə arasında münasibətləri şərh edərkən bildirib.


"Yekaterinburqda baş verənləri diqqətlə izlədim, bu barədə yazılanları oxudum. Bu hadisələrin mahiyyəti nədir? Orada saxlanılan Səfərovları günahlandırırlar ki, onlar 2000-ci ilin əvvələrində Azərbaycan vətəndaşı olan Yunus Paşayevi öldürüblər. İndi bu hadisə ilə bağlı detallı epizodlar üzə çıxıb. Mən bilmirəm, bu həqiqətdir, həqiqət deyil, amma bu qətli onların törətdiyini deyirlər. Aydındır ki, bu məlumatlar güc strukturlarından sızıb. Orada bu barədə detallı məlumat verilir. Bildirilir ki, bu işdə Şıxlinski soyadlı avtoritetin də adı keçir. O, Rusiyanın iqtisadi-kriminal həyatında kifayət qədər tanınmış şəxsdir. Orada talışlarla müəyyən problemlər olduğu deyilir və s. Bu və ya başqa cür, detalların dərinliyinə varmadan deyilir ki, bu Paşayevin qətli daxili məsələdir".

M.Şevçenkonun sözlərinə görə, əsas sual onunla bağlıdır ki, bu məsələ niyə məhz indi ortaya atılıb:

"Buna kim təşəbbüs göstərdi.? Burada bir neçə versiya var. Birincisi, Yekaterinburqda rəhbərlik dəyişib, Pasler yeni qubernator təyin olunub. Onu tanıyanlar deyirlər ki, birbaşa, sərt adamdır. Onun əvvəlki qubernator Kuyvaşevlə münasibətləri yaxşı olmayıb. Kuyveşaev onu sıxışdırdı və o, Orenburq vilayətinə getdi. İndisə qayıdıb və regiondakı nüfuzlu qüvvələrin xəritəsini yenidən müəyyən edir. Yekaterinburqda kimlər özünü müstəqil fiqur hesab edir, Paster onları öz yerində oturtmağa başlayır. Bu, birinci variantdır. İstənilən dövlət mütləq belə hərəkət edərdi. Əgər dövlət kiminləsə qarşılaşırsa, kimsə uzun müddət yaşayır və düşünürsə, onun hər şeyi ələ keçirilib, onda istənilən dövlət gec və ya tez belə edir. Bunu bizə tarix göstərir, Kalbera tarixi, Fransanın qüdrətli maliyyə tarixi, Xodorkovskinin tarixi. Dövlət həmişə daha güclüdür. Necə ki indi Ermənistanda dövlət güclüdür. Orada dövlət kilsəyə, diaspora qarşı gedir və sizi əmin edirəm ki, dövlət qalib gələcək. O, emosiyasız, prosedura uyğun hərəkət edir və s. İkinci variant bu hadisələrin İran-İsrail münaqişəsi ilə əlaqəli olmasıdır. Bunu istisna etmirəm. Bu, daha dərin məsələdir. Azərbaycan hər zaman İsraillə sıx əlaqələrinin olduğunu vurğulayırdı. Və hətta müharibə səviyyəsində Yerusəlimdə seminar planlaşdırılmışdı. Xəzər məsələsi ilə bağlı ABŞ-Azərbaycan-İsrail seminarı. Ehtimal edilirdi ki, İran müharibədə məğlubiyyətə uğrayacaq. Bu hadisələrin dolayı əlaqəsi ola bilər. Çünki Yekaterinburqda baş verənlərdə talışların da adı hallanır. Onlar irandilli xalqdırlar. İranlı deyillər, müstəqil xalqıdırlar. Onların dili qədim "Avesta"nın dilini xatırladır.

Mən düşünürəm ki, bu məsələdə çoxlu kartlar yenidən dəyişdirilir. Dünən özünü nüfuzlu hesab edənlər bu gün öz mövqelərini itirməyə başlayırlar. Yekaterinburqda baş verənlərdə yeganə bir məqamı - bunun Rusiya-Azərbaycan hadisəsi olduğunu görmürəm. Mən başa düşümürəm, məgər Azərbaycan və Rusiya hakimiyyətləri biznesə bu qədər sıx bağlıdırlar? Yekaterinburqadakı hadisələrdə axı söhbət azərbaycan əsilli Rusiya vətəndaşlarından gedir. Saxlanılanlar Azərbaycan vətəndaşına deyil, azərbaycanlıya qarşı mümkün kriminal hadisədə günahlandırılırlar. Burada hər şey bir-birinə qarışıb. Mən şəxsən onun tərəfdarıyam ki, istənilən cinayət, - əgər o, həqiqətən də baş veribsə, - prossesual qaydada, qanunlara uyğun şəkildə sübut olunsun. Saxlanılanlara işgəncə verilməsin, onların öz əleyhinə ifadə verməsinə məcbur edən hərəkətlər edilməsin.

Məsələnin siyasi tərəfinə gəlincə, bu, ölkələrarası deyil, klan-elita arasında olan problemdir. Mən hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətləri Rusiyanın, yaxud Azərbaycanın öz daxilində hansısa qüvvələri sakitləşdirmək, yerinə oturtmaq istəyindən zərər görməməlidir".

M.Şevçenko həmçinin bildirib ki, Azərbaycan tərəfi Rusiya Prokurorluğuna müraciət edib istintaqın birgə aparılmasını təklif edə və bu yolla həqiqəti üzə çıxarmaq olar.

Zaur,
BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri