Icma.az
close
up
RU
Yekaterinburq hadisələri milli ayrı seçkiliyin bariz nümunələridir ŞƏRH

Yekaterinburq hadisələri milli ayrı seçkiliyin bariz nümunələridir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 iyun, AZƏRTAC

Rusiyada ənənəvi olaraq digər xalqlara qarşı şovinist əhvali-ruhiyyə hökm sürür və diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya oraya gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səsləndirib.

O qeyd edib ki, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizm, diskriminasiya və milli ayrı-seçkiliyin açıq nümunəsidir. Xüsusilə Yekaterinburqda baş verənlər prosesin məqsədyönlü şəkildə idarə olunduğunu aydın göstərir. Müharibədə ciddi insan çatışmazlığı ilə üzləşən Rusiya hakimiyyəti miqrantları müxtəlif təzyiq, şantaj və məcburetmə üsulları ilə cəbhəyə göndərməyə çalışır. Miqrantlar narkotik ittihamları, törətmədikləri cinayətlər və ailə üzvləri ilə təhdid edilərək, müharibəyə getməyə məcbur olunurlar. Onlara vəd edilən kompensasiyalar isə ya ümumiyyətlə verilmir, ya da aldadıcı xarakter daşıyır. Döyüşdən qayıdanlar yenidən təzyiq və şantajla üzləşir, ikinci dəfə müharibəyə getməyə məcbur edilirlər.

Akademikin sözlərinə görə, miqrantlarla yanaşı, Rusiya vətəndaşı olan qeyri-ruslar da milli kimliyinə görə bu cür təqib və təzyiqlərin qurbanına çevrilirlər. Lakin baş verənlər təkcə Yekaterinburqla məhdudlaşmır, proseslər demək olar ki, Rusiyanın bütün regionlarını əhatə edir. Ümumiyyətlə, Rusiya tarixən Azərbaycanın suverenliyini qəbul etməyib. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı və həmin ərazilərin 30 il ərzində işğalda saxlanılması kimi proseslərdə Moskvanın açıq və dolayı dəstəyi danılmazdır. Bu gün də Azərbaycanın strateji qərarlarına və beynəlxalq müstəqilliyinə qarşı Rusiyanın təzyiqləri, informasiya və kiberhücumları, eyni zamanda, Rusiya ərazisində Azərbaycan vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulması həmin siyasətin davamıdır.

“Son olaraq, Həştərxanda keçirilən tədbirə dəvət olunmuş deputatlarımızın Rusiya ərazisinə buraxılmaması da bu ölkənin Azərbaycana qarşı formalaşdırdığı münasibətin bariz nümunəsidir. Rusiyada azərbaycanlıların heç bir əsas olmadan saxlanılması həm beynəlxalq hüquq, həm də insan haqları baxımından ciddi pozuntudur. Bu, yalnız Azərbaycan vətəndaşlarına deyil, ümumilikdə region xalqlarına qarşı yürüdülən təzyiq siyasətinin tərkib hissəsidir. Xüsusilə Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının ardıcıl şəkildə saxlanılması və bu barədə ictimaiyyətə şəffaf məlumat verilməməsi rəsmi Moskvanın digər xalqlara qarşı aqressiv və sayğısız münasibətini bir daha nümayiş etdirir. Artıq bu hadisələr Rusiyanın daxili məsələsi olmaqdan çıxıb. Avropa və dünya ictimaiyyəti belə hallara qarşı daha sərt və prinsipial mövqe sərgiləməli, digər xalqların hüquqlarının pozulmasına biganə qalmamalıdır. Rusiyanın dövlət orqanları tərəfindən törədilən etnik zəmində cinayətlər BMT və digər beynəlxalq təşkilatların gündəminə çıxarılmalı, bu zorakılıqlar beynəlxalq hüquq çərçivəsində lazımi qiymətini almalıdır. Əks halda, yaranmış cəzasızlıq mühiti regionda daha böyük humanitar fəlakətlərə yol aça bilər”, - deyə Əhliman Əmiraslanov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri