Yekaterinburqda Azərbaycan diasporunun sədrliyinə yeni namizəd irəli sürüldü
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin həbsindən sonra quruma yeni namizədlərin adı hallanmaqdadır.
Moderator.az xəbər verir ki, E1.ru saytı Azərbaycan diasporunun sədrliyinə yeni namizədin Kərim Qasımov olduğunu bildirir.
Nəşrin yazdığına görə, 14 məsum məscidinin rəhbəri, 69 yaşlı K.Qasımovun tərəfdarları onun lehinə çağırış vərəqələri yayırlar.
Onun həbsdə olan Şahin Şıxlinskiyə yaxın olduğu bildirilsə də, şəxsi söhbətləri zamanı K.Qasımov bunu təkzib edib.
K.Qasımov Azərbaycanın Masallı rayonunun Boradigah kəndində anadan olub. 1976-cı ildən Rusiyada yaşayır. Rusiya Daxili İşlər Nazirliyinin xüsusi məktəbini və DİN Akademiyasının Sverdlovsk filialını bitirib. 35 il polis orqanlarında xidmət edib. Milis polkovniki olub.
"Azərbaycanlıların həmrəyliyi və Rusiya ilə dostluq - elmin, təhsilin, mədəniyyətin, idmanın və biznesin uğurla çiçəklənməsinin təminatıdır", - nəşrin yazdığına görə, K.Qasımovun şüarı belədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















