Icma.az
close
up
RU
Yekaterinburqda azərbaycanlıların öldürülməsi Rusiyanın qeyri rus xalqlarına qarşı real münasibətidir ŞƏRH

Yekaterinburqda azərbaycanlıların öldürülməsi Rusiyanın qeyri rus xalqlarına qarşı real münasibətidir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 iyun, AZƏRTAC

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanılması bir daha "velikorus" şovinizminin, rus millətçiliyinin bariz nümunəsi oldu. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda, Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir.

Bu hadisə ciddi-cəhdlə maskalanan rus faşizminin əsl simasını göstərməsidir. XXI əsrdə bütün dünya buna raşizm deyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli söyləyib.

O əlavə edib ki, bu ideologiyanın kökündə digər xalqlara alçaldıcı diskriminasiya münasibəti durur. Rus şovinizminin əsas ideoloji postulatı türklərə və ələlxüsus Azərbaycana qarşı düşmənçilik təşkil edir. Biz bunu 1990-cı il 20 Yanvar hadisələrində, Xocalı soyqırımında görmüşük. Bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. "Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir, bu siyasətə Prezident Vladimir Putinin mövqeyi, yanaşması rəvac verir. Raşizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan Ukrayna xalqını belə qırğına verir. Təsadüfi deyil ki, Ukraynada Putini alman faşizmin lideri Hitlerlə müqayisə edir və Putler adlandırırlar...

Raşizm Rusiyadakı qeyri-rus millətləri Ukrayna ilə müharibədə kütləvi qırğına verir, rusları isə cəbhəyə aparmır. Bu siyasət tezliklə Putin imperiyasını parçalayacaq və ilk növbədə, rus xalqının özünə böyük təhlükədir. Raşizm başqa xalqlara diskriminasiyanı, istismarı rəva bilir. Məşhur publisist və jurnalist Nevrozov yazır ki, patriotizm, şovinizm, imperializm rus xalqı üçün hər şey əvəz edən alkoqol kimidir. Bu ideologiya Prezident Putinin səyləri ilə artıq zəhərləyici, yoluxucu mahiyyət alıb, epidemiyaya çevrilib. Bu epidemiya elə rus cəmiyyətini məhv edəcək. Necə ki, qəhvəyi vəba Almaniyaya və dünyaya faciələr yaşatdı. İndi raşizm bu yolu tutub...

Buna, ilk növbədə, rus xalqı etiraz etməli, putlerizmə qarşı çıxmalıdır.

Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir. Azərbaycan vətəndaş cəmiyyəti qətiyyətlə soydaşlarımıza qarşı bu terroru pisləyir, çünki bu, insanlıq əleyhinə cinayətdir. Əgər Rusiya rəhbərliyi etnik zəmində terroru dəstəkləmirsə, üzr istəməli, dərhal günahkarlar cəzalandırılmalıdır",- deyə QHT sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 İyun 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see234

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see162

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see139

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see138

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see122

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see119

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see118

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see118

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri