Icma.az
close
up
RU
Yekun sülh sənədinin imzalanacağını gözləmək tezdir Yusif Bağırzadə

Yekun sülh sənədinin imzalanacağını gözləmək tezdir Yusif Bağırzadə

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mayamidə G20 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsi mümkündür. Liderlərin eyni beynəlxalq platformada bir araya gəlməsi belə bir təmas üçün siyasi və təşkilati imkan yaradır. Üstəlik, ABŞ administrasiyasının Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təşəbbüsləri davam etdirməsi və Zelenskinin belə bir görüşə açıq olduğunu bildirməsi bu ehtimalı tamamilə istisna etməyə imkan vermir. Bununla belə, hazırda görüşün keçirilməsini baş tutmuş razılaşma kimi təqdim etmək üçün hələ ki hər hansı bir əsas yoxdur". 

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə səsləndirdi.

Onun sözlərinə görə, bu məsələdə görüşün harada və nə vaxt keçirilməsindən daha mühüm sual onun hansı gündəliklə təşkil olunacağıdır:

"Çünki üçtərəfli formatın özü hələ tərəflərin mövqelərinin yaxınlaşması anlamına gəlmir. Əksinə, belə bir görüşdə Ukrayna üçün ərazi bütövlüyü və təhlükəsizlik təminatları, Rusiya üçün müharibənin nəticələrinin və gələcək təhlükəsizlik düzəninin öz maraqları baxımından həlli, ABŞ üçün isə müharibənin dayandırılması və daha geniş regional sabitliyin təmin edilməsi əsas məsələlər olaraq qalır. Bu mövqelərin bir görüşdə uzlaşdırılması kifayət qədər mürəkkəb prosesdir.

Bu baxımdan, Mayamidə mümkün görüşə həddindən artıq yüksək gözlənti ilə yanaşmaq düzgün olmaz. Liderlərin bir masa arxasında əyləşməsi mühüm siyasi hadisə ola bilər, lakin bu, özlüyündə sülh sazişinin əldə edilməsi demək deyil".

Siyasi şərhçi vurğuladı ki, əgər üçtərəfli görüş baş tutarsa, onun real əhəmiyyətini ilk növbədə nəticənin miqyası deyil, danışıqlar prosesinə nə qədər yeni impuls verə bilməsi müəyyən edəcək:

"Əgər liderlər ümumi prinsiplər üzrə razılaşa və sonrakı danışıqlar üçün konkret mexanizm formalaşdıra bilsələr, bu, əhəmiyyətli irəliləyiş sayıla bilər. Amma hazırkı mərhələdə görüşdən dərhal sonra müharibənin başa çatacağını və ya yekun sülh sənədinin imzalanacağını gözləmək tezdir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri