Icma.az
close
up
RU
“Yelo Bank” ilk rübdə faiz gəlirlərini 25% artırıb

“Yelo Bank” ilk rübdə faiz gəlirlərini 25% artırıb

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Yelo Bank” 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Hesabat dövrünün nəticələrinə əsasən, bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:

2026-cı ilin ilk üç ayı ərzində “Yelo Bank”ın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 51 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 2 mln manatı ötüb. Rüb ərzində bank 6.6 mln manat xalis mənfəət əldə edib.

Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13% (120 mln manat) artaraq 1 mlrd 80 mln manata yüksəlib. Real sektorun dəstəklənməsini prioritet hesab edən bankın biznes kredit portfeli 672 mln manat təşkil edir ki, bu da ümumi portfelin 62%-dən çox olmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrə portfel isə analoji dövrlə müqayisədə 15% (55 mln manat) artaraq rübün sonuna 410 mln manat olub.

Müştərilərin maliyyə tərəfdaşı olaraq banka olan etimadı əmanət portfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötən ilin ilk rübü ilə müqayisədə 16% (147 mln manat) böyüyərək 1 mlrd 60 mln manatı ötüb. Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 mln manata yüksəlib.

Məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.

Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 mlrd 513 mln manat səviyyəsindədir.

“Yelo Bank” ili yüksək templə başlayaraq maliyyə göstəricilərində artım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun, kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün strateji prioriteti hesab edir. Qarşıdakı dövrdə də “Yelo Bank” texnoloji həllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyə ehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyət üçün əlavə dəyər yaratmağı hədəfləyir.

Sərfəli kredit online şəkildə əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya “Facebook”, “Instagram”, “Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin.

“Yelo Bank” – Parlaq bankçılıq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri