Yəmənə endirilən zərbə nəticəsində Rusiya vətəndaşları yaralanıb
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Yəmənin Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində üç Rusiya vətəndaşı yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının Sənada yaratdığı hökumətin xarici işlər və mühacirlər naziri Camal Əmir “X” sosial şəbəkəsində bildirib.
“Dünən Amerikanın reydləri Ras-İsa limanında neft yükünün boşaldılmasının qarşısını almağa yönəlib. Nəticədə Rusiya vətəndaşı olan üç dənizçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar - Roman Kaşpor, İqor Kazaçenko və Artem Vanindir”, - deyə o əlavə edib.
Nəşrdə gəminin hansı bayraq altında üzdüyü və Rusiya neftini daşıyıb-daşımadığı göstərilmir.
Baxış sayı:144
Bu xəbər 26 Aprel 2025 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















