Icma.az
close
up
RU
Yeni ata olanların DİQQƏTİNƏ Həyat yoldaşınıza bu sözləri deyin

Yeni ata olanların DİQQƏTİNƏ Həyat yoldaşınıza bu sözləri deyin

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Doğumdan sonra qadınlarda psixoloji problemlərin yaranması halları artıb. Bunlara postpartum depressiya, postpartum anksiyete və s aiddir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonrakı qadınların 13%-i psixi pozuntular yaşayır.
Bəs bu zaman kişi nə etməlidir? Anaların doğumdan sonra psixologiyasının yaxşılaşdırılmasında ataların rolu nələrdir?
Bizim.Media mövzuya bağlı psixoloq Nabat Mirzəyevanın fikirlərini  öyrənib. O, bildirib ki, qadında psixoloji problemlərin yaranmasının səbəbi ilk olaraq hamiləlikdə başlayan hormonal dəyişikliklərlə əlaqədardır:
 

“Hamiləlik ərəfəsində hormonal dəyişikliklər qadınlarda stressin artmasına,  ruhsal olaraq özlərini yorğun hiss etmələrinə səbəb olur.  Doğumdan sonra yuxusuz gecələr, ana olmaq məsuliyyətinin ağırlığı, özünü yetərsiz hiss etmək düşüncəsi başlayır. Bu onu depressiyaya salır, bədən quruluşunun dəyişməsi " mən artıq gözəl deyiləm" sanki yetərsizlik kimi düşüncələr yaranır.


Əgər xanımın hamiləlikdən əvvəl depressiyası, panik atakları olubsa, bu hamiləlikdə və doğumda yenidən meydana gəlir. Qorxular onu əvvəlki halına qaytarır, yaranan suallar onu incitməyə başlayır. Həmçinin həmin dövrdə estrogen və progesteronun sürətlə azalması qadının emosional vəziyyətinə təsir göstərir”.
Bəs kişilər həyat yoldaşlarına bu dövr ərzində necə dəstək olmalıdırlar?
“Sən hər halınla gözəlsən”
“Həyat yoldaşı ona həm emosional şəkildə, həm də ev işlərində, uşağa baxmaqda dəstək olmalıdır. Onu yetərsiz yox, daha da dəyərli hiss etdirməlidir. Qadına hər halıyla gözəl olduğunu, indi daha da mükəmməl olduğunu hiss etdirməlidir. Kişi mənəvi, sosial, fiziki olaraq dəstəyini göstərməlidir ki, qadın özünü dəyərsiz və yetərsiz hiss etməsin”, - deyə Nabat Mirzəyeva qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Oktyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri