Yeni baş nazir təyin ediləcək Qərar gözlənilir
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Yeni vəzifəsinə görə o, Naxçıvan Baş naziri vəzifəsindən azad edilib.
Globalinfo.az bildirir ki, Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Baş nazirini vəzifəyə Ali Məclis təyin edir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəsinə namizəd isə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunur.
Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.
Yaxın günlərdə yeni Baş nazir təyinatının Ali Məclisdə müzakirə ediləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















