Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Yeni binalara həyat verən peşəkar inşaatçı layihəçi

Yeni binalara həyat verən peşəkar inşaatçı layihəçi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan həyatı onun taleyinin aynasıdır. Bu aynada hər bir şəxsin kimliyi, mənəvi dünyası və həyata münasibəti dolğun şəkildə əks olunur. Ömrün dəyəri isə cəmiyyətin inkişafına verdiyi töhfələrlə ölçülür. Bu cür düşüncə ilə yaşayan özünü həyatda təsdiq etmək, nüfuz qazanmaq üçün rəhbər vəzifə tutmağa can atmır, sevdiyi peşəyə ürəkdən bağlanır, əməyi ilə cəmiyyətə fayda vermək istəyini hər şeydən üstün tutur, işinə məsuliyyətlə yanaşır.

Belə halda izi daim görünür, diqqət çəkir. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun layihə üzrə baş mühəndisi Güloğlan Feyzullayev də belə insanlardandır – zəhməti, bilik və təcrübəsi ilə adını mühəndislik tariximizə yazdıran bir peşəkardır. Məhz bu mənada ömrünü xalqa xidmətə həsr etmiş, yaratdıqları ilə həyatda dərin iz qoymuş layihəçi-mühəndis Güloğlan Feyzullayevin 70 illik həyat yolu örnək bir ömür salnaməsidir. Onun ömrü zəhmətin, peşəkarlığın və Vətənə sədaqətin parlaq nümunəsidir. Bu gün Güloğlan müəllimin adı gerçəkləşdirdiyi çoxsaylı layihələrdə, tikilən bina – əsərlərdə, yetişdirdiyi nəsildə yaşayır.

1955-ci il dekabrın 11-də Bakı şəhərində anadan olan G.Feyzullayev gənc yaşlarından tikinti və memarlığa böyük maraq göstərib. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun mülki və sənaye tikintisi fakültəsinə daxil olub, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu tikinti mühəndisi ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə texniki yoxlama mühəndisi kimi başlayan Güloğlan müəllim 1980-1982-ci illərdə hərbi xidmətdə olub. Daha sonra “Azərdənizneftinşaat” trestində istehsalat şöbəsinin mühəndisi, eləcə də əsaslı tikinti idarəsində böyük mühəndis kimi çalışaraq peşəkar təcrübəsini daha da zənginləşdirib.

Onun həyat yolu 1989-cu ildən bu günə qədər “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə sıx bağlıdır. Güloğlan müəllim bu institutda fəaliyyətə 2 nömrəli memarlıq-inşaat şöbəsində böyük mühəndis kimi başlayıb, qısa zamanda yüksək peşəkarlığı və məsuliyyət hissi ilə fərqlənərək smeta və tikintinin təşkili şöbəsinə dəvət olunub. 1992-ci ildən etibarən isə institutun layihə üzrə baş mühəndisi vəzifəsini daşıyır.

Güloğlan Feyzullayevin ötən illər ərzində rəhbərlik etdiyi layihələr təkcə paytaxtı deyil, Azərbaycanın bütün bölgələrini əhatə edib. Onun rəhbərliyi ilə həyata keçirilən sənaye, mülki, hərbi, səhiyyə və təhsil infrastrukturu layihələri bu gün də ölkənin inkişafına xidmət edir. Xüsusilə, respublika aviasiya infrastrukturunun yenidən qurulması istiqamətindəki önəmli rolu danılmazdır. Naxçıvan, Gəncə, Lənkəran və Qəbələ beynəlxalq hava limanlarının, eləcə də Zaqatala aeroportunun tikilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması onun rəhbərliyi ilə gerçəkləşib. Bakı Beynəlxalq Hava Limanında yeni aerovağzal kompleksinin köməkçi infrastrukturlarının yenidən qurulması, “BOEING-767” tipli təyyarələr və müasir helikopterlər üçün anqar kompleksləri, karqo terminalı, inzibati binalar və Zabrat hava limanının yenidən tikintisi də Güloğlan müəllimin rəhbərlik etdiyi layihələr sırasında yer alır.

Kənd təsərrüfatı və aqrar-sənaye sektorunun modernləşdirilməsində də Güloğlan müəllimin əməyi az deyil. Respublikanın 25 rayonunda “Aqrolizinq” komplekslərinin layihələndirilməsi və müəllif nəzarəti altında inşası onun peşəkar mühəndislik dəst-xəttini daşıyır.

İnşaatçı – layihəçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Azərbaycan Respublikası Ərazilərinin Bərpası Agentliyinin sifarişi ilə Füzuli, Ağcabədi və Goranboy rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün salınan yaşayış qəsəbələrinin bütün infrastruktur layihələrinin həyata keçirilməsində də birbaşa iştirak edib. Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyinin sifarişləri əsasında Sumqayıt, Qəbələ, Salyan, Lənkəran və Ağdamda regional mərkəzlər, eləcə də respublikanın müxtəlif bölgələrində yanğınsöndürmə depo kompleksləri, hərbi hissələr və Hövsan qəsəbəsində 1500 müdavimlik akademiyanın layihələndirilməsi işlərinə də rəhbərlik etməklə tikinti prosesinin fəal iştirakçısı kimi fərqlənib.

Güloğlan müəllim Müdafiə Nazirliyinin “Qara Heybət” hərbi hissəsinin kompleks yenidən qurulması, Dövlət Sərhəd Xidmətinin Göytəpə, Lənkəran, Şəmkir və Xudat sərhəd dəstələri məntəqələrinin müasir tələblərə uyğun layihə-smeta sənədlərinin hazırlanmasına da rəhbərlik edib.

O, yuxarıda sadalananlardan əlavə, Oğuz rayonunda Olimpiya İdman Kompleksi, İdman və Sağlamlıq Mərkəzi, 4 mərtəbəli hotel binası, Yevlax şəhərində “AFRA TEKSTİL” kompleksi, Milli Bankın filialı, eləcə də paytaxtımızda bir sıra hündürmərtəbəli yaşayış binaları, Nobel prospektində “Xəzər TV” kompleksi, Xətai rayonunda “Ortopedik Bərpa Mərkəzi” xəstəxanası və digər iri və kiçik miqyaslı obyektlər üzrə layihələrdə, eləcə də onların əsasında həyata keçirilən tikinti prosesində layihənin baş mühəndisi kimi gərgin əmək sərf edib.

Təkcə iri layihələrdə deyil, təbii fəlakətlər zamanı da G.Feyzullayev ön sıralarda olub. Zəlzələ, yanğın, sel və güclü küləklər nəticəsində zərər çəkən ərazilərdə aparılan bərpa işlərində onun bilik və təcrübəsi dəfələrlə yüksək qiymətləndirilib.

Yuxarıda vurğuladığımız kimi, Güloğlan müəllim çoxsaylı bina və tikililərin layihə-smeta sənədlərinin hazırlanması ilə yanaşı, onların inşa edilməsində də bilavasitə iştirak edib, tikinti-quruculuq prosesinə nəzarəti yüksək peşəkarlıqla həyata keçirib. Yaradıcı inşaatçı-layihəçi kimi tanınan G.Feyzullayev sadəliyi, zəhmətsevərliyi ilə də hər zaman başqalarına nümunə olub. Hər işdə peşəkarlığı və məsuliyyəti əsas tutan bu insan çalışqanlığı və səmimiliyi ilə ətrafdakıların rəğbətini qazanıb, üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlib. Mürəkkəb vəziyyətlərdə soyuqqanlı qərarlar qəbul etmək bacarığı, peşəsinə sədaqəti və məsuliyyət hissi ona həm rəhbərlik, həm də həmkarlar arasında böyük etimad qazandırıb.

Bu gün Güloğlan Feyzullayevin adı sadəcə bir mühəndisin deyil, həm də peşəsinə sədaqətin, vətəninə xidmətin rəmzinə çevrilib. O, rəhbər kürsüsündə oturmasa da, gördüyü işlərlə Azərbaycanın inşaat tarixində özünə layiqli yer qazanıb.

Vaqif BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri