Icma.az
close
up
RU
Yeni dələduzlar peyda olub Valideynlərə XƏBƏRDARLIQ

Yeni dələduzlar peyda olub Valideynlərə XƏBƏRDARLIQ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə imtahan ballarının artırılması ilə bağlı vədlər verən dələduzlar yenidən aktivləşiblər.

Redaktor.az xəbər verir ki, son günlər xüsusilə "TikTok" və "Instagram" platformalarında "Qəbul ballarını artırırıq, magistr və dövlət qulluğu imtahanlarına dəstək oluruq" başlıqlı saxta paylaşımlar edilir.

İmtahanlarda zəif nəticə göstərən abituriyentləri və onların valideynlərini hədəf alan bu şəxslər müəyyən məbləğ qarşılığında nəticələrə müdaxilə etdiklərini iddia edirlər. Məsələ ilə bağlı paytaxt sakinləri və valideynlər də narahatlıqlarını ifadə ediblər. Onlar uşaqların öz əziyyətləri ilə oxuduqlarını vurğulayaraq, qeyri-qanuni yollarla bal artırılması ilə bağlı vədlərə qətiyyən inanmadıqlarını və bu cür halların inkişaf etmiş bir ölkədə mümkün olmadığını bildiriblər.

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir: "Əgər abituriyent imtahanda zəif nəticə göstəribsə, onun qəbul və ya buraxılış balına hər hansı formada müdaxilə edilməsi qeyri-mümkündür. Aşağı bal toplayan şəxslərin valideynləri bu yalanlara aldanaraq müəyyən ödənişlər edirlər, sonradan isə həmin elanları paylaşan şəxslər yoxa çıxırlar. Vətəndaşlar belə qeyri-qanuni addımlardan uzaq durmalı və dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".

Dövlət İmtahan Mərkəzi (DİM) də mövzu ilə bağlı sorğuya cavab olaraq vətəndaşlara xəbərdarlıq edib. Mərkəzdən bildirilib ki, imtahanlardan sonra bu növ qeyri-real çağırışlarla dələduzluq yolu ilə vətəndaşların pullarının mənimsənilməsinə cəhdlər olunur: "Vətəndaşlar diqqətli olmalı və sosial şəbəkələrdəki bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər". Mütəxəssislər əlavə edirlər ki, cinayətkar şəxslər inam yaratmaq üçün saxta profillər açaraq paylaşımların altında "bizə kömək edildi" tipli rəylər yazırlar. Aldadılma faktı ilə üzləşən istifadəçilər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

 Ekspertlər xüsusilə xəbərdarlıq edirlər ki, bank kartlarının şəkillərini və ya şəxsi məlumatları bu cür fırıldaqçılara göndərmək olduqca təhlükəlidir. Daha ətraflı "Xəzər TV"nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 May 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri