Icma.az
close
up
RU
Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq? AÇIQLAMA KONKRET

Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq? AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır. Bu barədə Milli Məclisdə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

O qeyd edib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib:

“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”.

Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.

Bəs bu kimi qərarlar Aİ-95 və Aİ-98-in  qiymətinə necə təsir edəcək?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Mİlli.Az-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib.

O bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən məhsulların siyahısına daxil edilməsi məsələsi uzun müddətdir müzakirə olunur.

“Azərbaycan artıq bu məhsulu istehsal etməyə başlayıb. Hökumətin siyasəti konkret olmalıdır. Əgər yerli istehsal olan Aİ-92 markalı benzinin qiyməti tənzimlənirsə, Aİ-95 markalı benzinin də qiyməti tənzimlənməlidir. Bu tənzimlənmə müəyyən qədər bu istiqamətdə sosial aspektlərin qiymətlərin müəyyən edilməsinə təsirini artıra bilər. Burada qiymətləri Tarif Şurası müəyyən edir. Tarif Şurası bir çox məqamları nəzərə alır. Hazırda qiyməti müəyyən edən SOCAR-dır. Təbii ki, SOCAR sosial siyasətə cavabdeh qurum deyil. Buna görə də daha çox iqtisadi aspektlərdə məsələləri dəyərləndirir. Tarif Şurası ən azından nəzəri baxımdan sosial aspektləri də şirkətin iştirak mövqeyini də nəzərə almalıdır. Qanunvericiliklə iştirakda olan məhsulların xidmətlərinin qiymətlərini Tarif Şurası tənzimləmə gətirməlidir”.

Ekspert qeyd edib ki, yanacağın qiyməti ən son 2024-cü ildə 10 faizdən artıq, yəni Aİ-92 markalı yanacağın və dizelin qiyməti artırılıb. Ondan sonraki dövrdə neftin qiyməti ucuzlaşıb ki, bahalaşmayıb.

“Yəni məhsulun maya dəyəri aşağı düşüb, bahalaşmayıb. Belə bir şəraitdə yenidən qiymətin artması üçün iqtisadi faktor yoxdur. Bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Bir sıra hallarda Tarif Şurasının qərarları gözlənilməz olduğu üçün bununla bağlı dəqiq qərar vermək mümkün deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri