Icma.az
close
up
RU
Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq? AÇIQLAMA

Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq? AÇIQLAMA

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır. Bu barədə Milli Məclisdə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

O qeyd edib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib:

"Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir".

Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.

Bəs bu kimi qərarlar Aİ-95 və Aİ-98-in  qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Mİlli.Az-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib.

O bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən məhsulların siyahısına daxil edilməsi məsələsi uzun müddətdir müzakirə olunur.

"Azərbaycan artıq bu məhsulu istehsal etməyə başlayıb. Hökumətin siyasəti konkret olmalıdır. Əgər yerli istehsal olan Aİ-92 markalı benzinin qiyməti tənzimlənirsə, Aİ-95 markalı benzinin də qiyməti tənzimlənməlidir. Bu tənzimlənmə müəyyən qədər bu istiqamətdə sosial aspektlərin qiymətlərin müəyyən edilməsinə təsirini artıra bilər. Burada qiymətləri Tarif Şurası müəyyən edir. Tarif Şurası bir çox məqamları nəzərə alır. Hazırda qiyməti müəyyən edən SOCAR-dır. Təbii ki, SOCAR sosial siyasətə cavabdeh qurum deyil. Buna görə də daha çox iqtisadi aspektlərdə məsələləri dəyərləndirir. Tarif Şurası ən azından nəzəri baxımdan sosial aspektləri də şirkətin iştirak mövqeyini də nəzərə almalıdır. Qanunvericiliklə iştirakda olan məhsulların xidmətlərinin qiymətlərini Tarif Şurası tənzimləmə gətirməlidir".

Ekspert qeyd edib ki, yanacağın qiyməti ən son 2024-cü ildə 10 faizdən artıq, yəni Aİ-92 markalı yanacağın və dizelin qiyməti artırılıb. Ondan sonraki dövrdə neftin qiyməti ucuzlaşıb ki, bahalaşmayıb.

"Yəni məhsulun maya dəyəri aşağı düşüb, bahalaşmayıb. Belə bir şəraitdə yenidən qiymətin artması üçün iqtisadi faktor yoxdur. Bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Bir sıra hallarda Tarif Şurasının qərarları gözlənilməz olduğu üçün bununla bağlı dəqiq qərar vermək mümkün deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see293

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see119

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri