Icma.az
close
up
RU
Yeni Dövlət Proqramı Bakıda nəqliyyat məsələlərinin həllinə effektiv yanaşma gətirəcək

Yeni Dövlət Proqramı Bakıda nəqliyyat məsələlərinin həllinə effektiv yanaşma gətirəcək

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Xəbər verildiyi kimi, yanvarın 30-da “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunan müşavirədə bu barədə anons verilmişdir.

Dövlət başçısına məruzə edilən geniş təqdimatdan göründüyü kimi, indiyədək qısa müddətdə həyata keçirilən “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsi şəhər yollarında tıxacın aradan qaldırılması üçün unikal tədbirləri özündə əks etdirir. Xüsusilə ictimai nəqliyyatdan istifadənin genişləndirilməsi ilə paralel olaraq, piyadaların hərəkətinin xüsusi çəkisinin artırılması üçün şəhərdaxili bir çox ərazilərdə şəxsi avtomobillərin hərəkətinin məhdudlaşdırılması təqdirəlayiqdir. Həmçinin, səki infrastrukturu ilə bağlı görülən işlər də diqqəti cəlb edir. Bu xüsusda, bir tərəfdən dar səkilərin genişləndirilməsi və yeni səkilərin salınması, digər tərəfdən isə piyadalar üçün keçidlərin işıqlandırılması beynəlxalq normalara uyğun yeni yanaşma ilə həyata keçirilir. Yeni qəbul olunmuş Dövlət Proqramında bu istiqamətdə işlərin vacib tədbirlər kimi davam etdiriləcəyi konkret olaraq qeyd olunub.
Son dövrlər avtobus zolaqlarının salınması tıxac probleminin həllində olduqca əhəmiyyətli hesab olunur. Bu, sərnişinlərin getdikləri ünvana vaxtında çatdırılmasını təmin edərək, əhalini getdikcə şəxsi avtomobillərdən imtinaya və əsas üstünlüyü ictimai nəqliyyatın vacib seqmenti olaraq avtobuslara verməyə təşviq edir.
Bakı şəhərində parklanma ilə bağlı görülən işlər də xüsusi vurğulanmalıdır. Çünki əvvəllər paytaxtda tıxacların yaranmasında nizamsız parklanmanın rolu böyük idi. İndi isə hətta ən pik saatlarda şəhərin küçələrində avtomobili park etmək üçün kifayət qədər boş yerlər tapmaq mümkündür.
Mükəmməl hazırlanmış Dövlət Proqramı ilə tanışlıqdan məlum olur ki, nəzərdə tutulan konkret tədbirlər həyata keçirildikdən sonra paytaxtın yol-nəqliyyat infrasturukturu əsaslı şəkildə təkmilləşdirilməklə, tıxac probleminin həlli mümkün olacaq. Çox mühüm əhəmiyyət daşıyan bu sənəddə demək olar ki, sözügedən məsələ ilə bağlı bütün nüanslar nəzərə alınıb. Diqqət cəlb edən əsas məqam ondan ibarətdir ki, bu proqramda cəmiyyət tərəfindən müzakirə olunan təkliflər öz əksini tapıb. Məsələn, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Bu məsələ tez-tez gündəmə gəlsə də, bəzi kəsimlər belə tədbirlərin həyata keçirilməsini qeyri-mümkün hesab edirdilər. Lakin cəmiyyətin tələbləri nəzərə alınaraq, qlobal trendlərə uyğun olaraq dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil edilməsi, hətta distant iş rejiminin tətbiqi kimi məsələlər diqqət yetirilməli tədbirlər arasında yer alır. Bu tədbirlər qısa zamanda və çox vəsait xərcləmədən nəqliyyat sistemləri üzərinə düşən yükü azaltmağa kömək edəcək.
Dövlət Proqramında qeyd olunan məsələlərdən biri də ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin planlaşdırılmasıdır. Bu, xüsusilə vacibdir, çünki bu gün məktəblilərin daşınmasında ciddi pərakəndilik mövcuddur. Fiziki şəxslər tərəfindən fərdi avtomobillər, həmçinin mikroavtobuslar və digər nəqliyyat vasitələrindən geniş istifadə edilir ki, bu da həm yollarda tıxacın yaranmasına səbəb olur, həm də daşınma zamanı qayda pozuntuları, qəza və digər arzuolunmaz hallara yol açır. Qardaş Türkiyədə olduğu kimi, bu istiqamətdə həyata keçiriləcək daşınmalar mövcud nizamsızlığı və pərakəndiliyi tamamilə aradan qaldıracaqdır.
Beləliklə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” Bakıda tıxac probleminin həllində tam yeni yanaşma olacaq. Yaxın zamanda bu sahədə həyata keçirilən islahatların faydasını görəcəyik. Mütərrəqi islahatlar cəmiyyətimiz tərəfindən geniş şəkildə təqdir edilir.

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri