Icma.az
close
up
RU
“Yeni Dövlət Proqramı Prezidentin bu mübarizəyə nə qədər önəm verdiyini göstərir” MÜSAHİBƏ

“Yeni Dövlət Proqramı Prezidentin bu mübarizəyə nə qədər önəm verdiyini göstərir” MÜSAHİBƏ

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Millət vəkili Fazil Mustafa: “Bu qurumun başına xüsusi səlahiyyətli, xüsusi statuslu və hətta portfelsiz nazir statuslu, müstəqil, birbaşa Prezidentə tabe olan şəxs gətirilməlidir...”

Sentyabrın 17-də Azərbaycan Prezidentinin sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cü illər üzrə Dövlət Proqramı qəbul olundu. Kimsəyə sirr deyil ki, başa vurduğumuz dönəmdə nəinki varlığını saxlayan, üstəlik yetərli qədər irəliləyən narkomaniya özünə cəmiyyətdə ciddi yer edib. Bəs, yeni proqramın qəbulu problemin həllinə nə dərəcədə təsir göstərəcək? Bu və ya digər suallara millət vəkili Fazil Mustafa ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Fazil bəy, Prezidentin sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cü illər üzrə Dövlət Proqramı qəbul olundu. İlk olaraq bu proqramla bağlı fikrinizi bilmək istərdik...

- Dövlət Proqramının qəbul olunması olduqca müsbət haldır və ölkə Prezidentinin narkomaniyaya qarşı mübarizəyə nə qədər önəm verdiyini göstərən əsas amillərdən biridir. Və 2025-2030-cu illərdə də bu mübarizənin hansı istiqamətdə gedəcəyi bütün parametrlərlə Dövlət Proqramında qeyd olunub. Amma burada əsas məsələ bu proqramın həyata keçirilməsində fədakarlıq edən insanların komissiyada yer almasıdır. Əgər bu fədakarlıq olmayacaqsa, sadəcə hansısa bir şəkildə bu məsələdə statik davranışlar sərgilənəcəksə, mübarizəni də effektiv bir şəkildə aparmaq mümkün olmayacaq.

Məsələn, bizdə “Futbolun İnkişaf Proqramı” var. Amma futbolun inkişafı üçün fədakarlıq olmadığına görə, Prezidentin bu niyyətinin normal şəkildə həyata keçirilməsi mümkün olmadı. Yəni biz birinci növbədə baxmalıyıq ki, bunu kim icra edəcək?!

Narkomaniya çox ciddi məsələdir və ölkənin də taleyində çox ciddi, önəmli rol oynayan, neqativlərin qabardığı müəyyən sahələrdən biridir. Ona görə də Prezident bu sahəyə xüsusi həssaslıq göstərir. Amma, söylədiyim kimi, bunu mübarizənin öncüllüyünü apara biləcək bütün qurumlarla səfərbərlik, əməkdaşlıq halında aparmaq mütləqdir. Eyni zamanda, bu prosesdə hansısa vəzifə funksiyasını yerinə yetirməyən qurumlara və şəxslərə qarşı da kompromissiz mübarizə aparan bir komissiya formalaşacaqmı, - əsas məsələ budur. Əgər bu, olarsa, məncə, bu proqramın həyata keçirilməsindən sonra biz artıq bu istiqamətdə konkret nəticələri də görə biləcəyik.

- Sizcə, yeni Dövlət Proqramı narkotiklərə qarşı mübarizənin bütün sferalarını əhatə edə bildimi?

- Adətən bu cür proqramda bütün komponentlər nəzərə alınır və əsas məsələ icra ilə bağlıdır. Mənim fikrimcə, biz burada daha çox narkomaniyanın müalicə istiqamətinə diqqət yetirməliyik. Bir də bu sahədə peşəkar kadrların hazırlanmasına önəm verməliyik. Paralel olaraq QHT-lərin, xüsusilə də peşəkar Qeyri-Hökumət Təkilatlarının stimullaşdırılmasına çalışmalıyıq. Təəssüf ki, bu istiqamətdə Qeyri-Hökumət Təşkilatlarının müəyyən dərəcədə həm qeydiyyatı, həm ixtisaslaşmış kadrlarla zəngin olmaması, həm də onlara ayrılan vəsaitin yetərli olmaması cəmiyyətdə bir səfərbərlik ruhunu yaratmağa imkan vermir. Biz bu istiqamətdə daha çox diqqət yönəltməliyik. Yoxsa, proqramda bütün məsələlər əksini tapır, kifayət qdər peşəkar hazırlanan proqramdır.

- Dövlət Proqramında narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin və profilaktik tədbirlərin gücləndirilməsi, qaçaqmalçılıq risklərinin azaldılmasına töhfə verilməsi də nəzərdə tutulur. Bu, belə deməyə əsas verirmi ki, indiyədək bu sahədə görülən tədbirlər yetərli olmayıb...

- Əslində, Azərbaycanda narkomaniya ilə bağlı məsələ daxili problem olmaqdan daha çox, xarici problemdir. Başqa ölkələrdə Azərbaycanda narkotikin yayılması üzərində bir strateji proqram həyata keçirilir. Və buna qarşı da mübarizədə sərhəd qoşunlarımız, dövlət təhlükəsizlik xidmətimiz, hüquq-mühafizə orqanları, DİN çox ciddi fəaliyyət göstərirlər. Amma miqyas və coğrafiya o qədər genişdir ki, bunun qarşısını almaqda xeyli çətinlik var. Ona görə də cəmiyyətin bu prosesə necə səfərbər olması onun müsbət nəticəsini doğura bilər. Məncə, təbii ki, bu sahədə görülən tədbirlər yetərli sayıla bilməz. Çünki nə qədər tədbir görürsən gör, məktəb şagirdləri arasında bunun geniş yayılması, müəyyən dərəcədə əhalinin fərqli kateqoriyasından olan insanlar arasında yayılması və həbs olunanların içində narkotiklə əlaqəli insanların sayının çox olması, kuryer qismində qadın cinsindən olan insanların daha çox istifadə olunması, ailə həyatının, xüsusən də boşanmaların əsas səbəblərindən birinin - tərəflərdən birinin, ya ikisinin narkotik asılısı olması çox böyük narahatçılıqlar doğurur. Tütün çəkmə ilə bağlı təbliğat, maarifləndirmə işi çox zəif aparılır. Bu da məktəb illərindən tütündən, tütünçəkmədən başlayan narkotikə transfer olunan bir prosesi özüylə gətirir.

Narkomaniyanın müalicəsi ilə bağlı özəl qurumlar var. Bu qurumların müəyyən dərəcədə dəstəklənməsi və təbii ki, onlar üzərində optimal nəzarətin də keçirilməsinə ehtiyac var. Bunlar birlikdə aparılası, yürüdüləsi məsələlərdir. Ona görə, tədbirlər yetərli olsaydı, belə bir proqramı davam etməyə nə ehtiyac qalardı?!..

- Proqramda bir sıra normativ hüquqi aktlardan söhbət gedir və qeyd olunur ki, zəruri instutisional tədbirlər narkotikin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə töhfə verəcək. Sizcə, burada hansı yenilikləri etmək olar? Məsələn, ölkədaxili narkotik satışına zərbə vurmaqda, narkoşəbəkəni çökdürməkdə yenilikləri necə görürsünüz?

- Açığı, yeniliklər məsələsini burada - bir müsahibədə söyləməyim doğru olmaz. Mən bu sahənin mütəxəssisi deyiləm. Mən sadəcə öz müşahidələrimi söyləyirəm. Cəmiyyətdə bu prosesin nə qədər yayğınlaşdığının narahatçılığını daşıyan bir vətəndaş kimi danışıram. Ona görə də konkret toplantılar olarsa, dəvətlər olarsa, prosesə ayrı-ayrı millət vəkillərinin cəlb olunması olarsa, onda bu məsələyə münasibət bildirmək olar. Amma, mən bildiyimi qədər, bu komissiyanın toplantılarına, yaxud da onun müzakirələrinə Milli Məclis, qanunverici orqan xüsusi dəvət olunmayıb. Halbuki bu praktikanı canlandırmaq lazımdır və qanunverici orqanın da bu prosedə yer alması önəmli olardı. Onda təklifləri hazırlayıb vermək mümkündür. Təklifi elə-belə havaya, mətbuata və yaxud da bütövlükdə cəmiyyətə verməyin nə anlamı var?! Qərar qəbul edən mexanizm o təklifləri əldə etməlidir və yaxud da ona münasibət bildirməlidir.

Ona görə də biz bu mövzuda dəfələrlə təkliflərimizi vermişik. Milli Məclisdə mən bununla bağlı xeyli təkliflər vermişəm. Hətta bu sahədə çalışan Qeyri-Hökumət Təşkilatları ilə də sıx təmas halındayam. Onların da mənə çox sayda müraciətləri, təklifləri, təşəbbüsləri olur. Mən dərhal onları diqqətdə saxlayaraq, gündəmə gətirməyə çalışıram.

- Qeyd etdiyimiz kimi, ötən 5 il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ciddi nəticə vermədi. Belə ki, ölkədə istər narkotik ticarətinin genişləndiyi, istər də narkomanların sayının artdığı rəsmi rəqəmlərlə təsdiq olunur. Növbəti 5 ildə arzuolunan nəticənin əldə olunacağına inanırsınız?

- Yenə də söyləyirəm, bu sadəcə fədakarlıq tələb edən sahədir. Sadəcə vəzifəyə görə narkomaniyaya qarşı mübarizə aparılmaz. Bir vətəndaş duyğusu, həssaslığı ilə cəmiyyətimizin, dövlətimizin gələcəyinə ürək yanğısı ilə bu prosesə girmək lazımdır. Çünki bu hamının evində, qonşusunda, yaxınında baş verə biləcək neqativ haldır və böyük bir bəladır, xəstəlikdir. Ona görə də burada fədakarlıq olmasa statsusla bu məsələnin üzərində kiminsə hansısa böyük bir işlər görəcəyi inandırıcı görünmür. İndiyə qədər də bu sınaqdan çıxmadı. Əksinə, mənim fikrimcə, bu qurumun başına xüsusi səlahiyyətli, xüsusi statuslu və hətta portfelsiz nazir statuslu, müstəqil, birbaşa Prezidentə tabe olan şəxs gətirilməlidir. Və bu mövzuda bütün qurumların onun fəaliyyətini dəstəkləməsini təmin etmək lazımdır. Bu olsa, onda elə bil nələrisə irəli aparmaq mümkün olacaq. Olmasa, sadəcə görüşlər, tədbirlər, müəyyən dərəcədə televiziyada xəbərdarlıq, başqa formal addımlar atılmaqla yetiniləcək. Bu, çox ciddi bir bəladır və buna qarşı da qəhrəmancasına, təkcə, fədakarcasına yox, prinsipial mübarizə aparmağa zərurət var. Ümid edək ki, hər halda bu işin tapşırıldığı insanlar bu məsuliyyəti dərk edib, böyük bir bəlanın qarşısını almağa çalışacaqlar.

“Hürriyyət”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see299

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see159

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see125

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see121

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see120

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see120

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see120

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri