Icma.az
close
up
RU
Yeni dünya düzəni Bakıda müzakirə olunacaq

Yeni dünya düzəni Bakıda müzakirə olunacaq

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

Martın 13-15-də Azərbaycan paytaxtı XII Qlobal Bakı Forumuna ev sahibliyi edəcək. Builki forum “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethinking World Order: Turning Challenges Into Opportunities”) mövzusuna həsr olunub.

Tədbirdə bir sıra ölkələrin hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı gözlənilir. Forumda, həmçinin Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak edəcəklər. Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan da iştirakçılar arasında olacaqlar.

Ümumiyyətlə, Qlobal Bakı Forumu dünya miqyasında artıq mühüm bir platformaya çevrilib. Hər il beynəlxalq gündəmin aktual və narahatlıq doğuran mövzuları, qlobal çağırışlar Bakı platformasında müzakirə olunur, eyni zamanda çıxış yolları, həll variantları təklif edilir. Dünyanın ziddiyyətlərlə, qarşıdurmalarla çaxnaşdığı, ən müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir vaxtda sülhə, sabitliyə çağırış edən platformalara böyük ehtiyac var. Bakı platforması məhz bu mərama xidmət edir. Azərbaycan özü sülhpərvər dövlət olaraq bəşəriyyətdə sülhə çağırır, bütün münaqişələrin məhz dialoq, sülh yolu ilə həllini dəstəkləyir və bu istiqamətdə də əlindən gələni edir. Bu mənada bir daha Qlobal Bakı Forumunun zəruriliyi vurğulanmalıdır. Eyni zamanda, bu Forum nadir və əvəzsiz platforma hesab oluna bilər. Foruma marağın və iştirakçılığın ildən-ilə artması onun əhəmiyyətini bir daha vurğulayır.

Ötən il keçirilən və “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunmuş XI Qlobal Bakı Forumundakı nitqində Prezident İlham Əliyev bu məqama toxunaraq deyib: “Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Dünya sürətlə dəyişir.

Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək, nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var”.

Dövlət başçısı ötənilki Forumda iştirakçıların sayının rekord həddə olduğunu söyləyib: “XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir.

Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”.

Öz növbəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Qlobal Bakı Forumunu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanı adlandırıb.

Həqiqətən də Bakı Forumu iştirakçılara müzakirə edilən mövzularla bağlı azad şəkildə öz fikirlərini ifadə etmək, fərqli baxışları nümayiş etdirmək üçün bir tribuna verir.

Xatırlatmaq yerinə düşər ki, Qlobal Bakı Forumu 2013-cü ildən keçirilməyə başlayıb. Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib.

Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda çıxışında bu məsələyə toxunaraq deyib: “Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir”.

Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib. Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır.

Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Dövlət başçısının söylədiyi kimi, multikulturalizm Azərbaycanın dövlət siyasətidir:

“Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyl gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik.

Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.

Builki Forumda iqlim dəyişikliyi və onun qlobal təsirləri, Azərbaycanın bu sahədə gördüyü işlər də diqqət mərkəzində olacaq. Məlumdur ki, bu gün iqlim dəyişikliyi dünyanı narahat edən əsas qlobal problemlərdən birinə çevrilib. İqlim dəyişikliyinin fəsadlarını azaltmaq üçün müxtəlif platformalarda müzakirələr aparılır. Bu, bütün dünyanı narahat edir. Amma əsas platforma COP-dur. Ötən il Azərbaycan çox böyük uğurla COP29-a ev sahibliyi etdi və konfransın nəticə ilə yekunlaşması üçün səylə çalışdı. COP tarixində Azərbaycanın sədrliyi yeni bir tarix yazdı. Belə ki, Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu. Bu da 2035-ci ilə qədər hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutur. Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olundu. Bu, COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. 

İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı. Fonda ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. Nəhayət, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı.

Qeyd edək ki, martın 12-də Prezident İlham Əliyevin qəbulunda olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqan və İsmail Serageldin iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğulayıblar.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən birinə çevrilib. Deputat əlavə edib ki, ölkəmiz artıq neçə illərdir ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir platforma məkanı kimi tanınır: “Qlobal forumlar ölkəmizdə davamlı olaraq keçirlir. Növbəti 12-ci Qlobal Bakı Forumu öz işinə başlayır”.

Deputat deyib ki, bu gün dünyanmız heç zaman olmadığı qədər ağır və mürəkkəb bir mərhələyə, dövrə daxil olub: “Bu dövrdə, bu mərhələdə qarşımızda dayanan ən vacib, ən önəmli məsələlərdən biri də bizim dünyanın sabitləşməsinə, dünyada əmin-amanlığın bərqərar olmasına, möhkəmlənməsinə verə biləcəyimiz töhfələrdir. Bu gün Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq baxımından olduqca önəmli bir ölkəyə çevrilib. Bu gün Azərbaycan bu sahədə bir nümunədir. Ölkəmiz qeyd edilən sahədə dünyaya öz töhfəsini verməkdədir.

Yəni davamlı olaraq müxtəlif qlobal forumlar, müxtəlif görüşlər, tədbirlər vasitəsilə Azərbaycan bu sahəyə, bu istiqamətə öz töhfəsini davamlı olaraq verir. Əminik ki, digər forumlar kimi, 12-ci Qlobal Bakı Forumu da prosesə mütləq şəkildə öz töhfəsini verəcək və ölkəmizin inkişafını təmin edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri