Icma.az
close
up
RU
Yeni dünya düzənində qorxunc tendensiya: Bu dövlətlər də hücuma keçə bilər...

Yeni dünya düzənində qorxunc tendensiya: Bu dövlətlər də hücuma keçə bilər...

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin seçilən Prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı çıxışı beynəlxalq səviyyədə birmənalı qarşılanmayıb. Prezident səlahiyyətləri icrasının başlamasına az qalmış o, Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib, eləcə də Danimarkadan Qrenlandiya adasını satmağı istəyib. Qeyd edək ki, Donald Trampın bu ərazi iddiaları beynəlxalq siyasətdə diqqətçəkən və potensial olaraq təhlükəli bir tendensiyanın başlanğıcı kimi qiymətləndirilə bilər. ABŞ-ın belə bir iddia irəli sürməsi qlobal güclər arasında yeni gərginliklərə yol aça və beynəlxalq münasibətlər sisteminə təsir edə bilər. Bu yanaşma, xüsusilə sərhəd mübahisələri olan digər dövlətlər üçün nümunə yaradaraq, onların da oxşar iddialar səsləndirməsinə zəmin hazırlaya bilər. Ərazi iddialarının artması regional stabilliyə zərər vura və diplomatik həll yollarını çətinləşdirə bilər. Nəticədə, Trampın bəyanatı yalnız Kanada ilə ABŞ münasibətlərini deyil, bütövlükdə qlobal siyasətə təsir göstərə biləcək potensiala malikdir.

Bu mövzu ilə bağlı Sitat.info- ya danışan Ağ Partiya başqanı Tural Abbaslı bildirdi ki, Azərbaycanı haqsız yerə qınayan beynəlxalq ictimaiyyət, indi Trampın qonşu dövlətlərə ərazi iddialarına qiymət versin:

"İkinci Qarabağ müharibəsindən bir il sonra - sentyabrda sərhədlərdəki təxribatın qarşısını alanda, bütün dünya  Azərbaycanın üzərinə gəldi. Hətta daxilimizdəki xainlər belə elan elədi ki, Azərbaycan Ermənistanın ərazisinə daxil olub. Və ya biz indi Zəngəzurun haqsız olaraq SSRİ dövründə Ermənistana verilməsi, işğalda saxlanılması və  Azərbaycanı iki yerə parçalayan qanunsuz torpaq bölgüsünü geri qaytarmaq haqqında danışanda bütün dünya deyir ki, Azərbaycan müharibə istəyir, Azərbaycan başqa dövlətə ərazi iddiası edir. Bizi qınayırlar. Amma Tramp açıq şəkildə hətta mediada yox, birbaşa Tredaunun özünə də bildirib ki, gəlin 51-ci ştatımız olun, sən də qubernator ol. Sonra deyir ki, Qrelandiya çox böyük torpaqdır, ora da Amerikaya bilrəşməlidir ki, oranın xalqı xoşbəxt yaşasın. Açıq-aşkar istədikləri dövlətlərə ərazi iddiası edirlər. Nəinki ərazi iddiası, söhbət dövlətlərin birbaşa ilhaqından gedir. Bu yeni dünya düzəninin tendensiyasından xəbər verir”.

T. Abbaslı vurğulayıb ki, artıq "güclüsənsə haqlısan" tendensiyası əsas olacaq:” Əgər sən güclüsənsə, nə istəyirsən edə bilərsən. Ordun varsa, pulun varsa, təsir imkanların varsa, haqq da, ədalət də, qanun da sənsən. Biz bunu dünyanın bir çox yerində görürük. İstər Rusiya-Ukrayna münasibətlərində, istər İsrail-Fələstin münasibətlərində, Afrika dövlətlərində və sair. Bu tendensiya heç də yaxşı yerə aparmır. Çünki dünyada hegemon dövlət tək Amerika deyil. Beş-altı hegemon dövlət var ki, orduları kifayət qədər güclüdür və onlar istədikləri ölkəni elə Amerika misalı ilhaq edə bilərlər. Bu olduqca mənfi tendensiyadır. Güclünün haqlı olduğu bir mərhələyə qədəm qoyuruq. Biz ona görə uzun müddətdir qeyd edirik ki, Azərbaycan kimi dövlətlərin yeni dünya düzənində təkbaşına, heç bir təşkilata üzv olmadan qalmaq şansları xeyli ağırlaşır. Ona görə biz Turan ideyasını, ona görə biz Türk-İslam dünyasının birliyini dəstəkləyirik. Ona görə biz vahid Turan birliyinin yaranmasını dəstəkləyirik. Məncə, bu istiqamətdə də işləməliyik. Tendensiyanın da hara getdiyini hamımız görürük”.

Aytac Baxış,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 Yanvar 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri