Icma.az
close
up
RU
Qorxunc tendensiya gündəngünə çoxalır

Qorxunc tendensiya gündəngünə çoxalır

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda alkoqollu içkilərə və tütün məmulatlarına (siqaret) ayda adambaşına orta hesabla 9 manat 40 qəpik xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə alkoqollu içkilərə və siqaretə xərclənən adambaşına düşən vəsait 9,3% artıb.

Bəs Azərbaycanda alkoqol və tütün istifadəsinin artmasının səbəbləri arasında psixoloji faktorlar hansılardır? Bu faktorlar nə dərəcədə rol oynayır? Tütün və alkoqoldan asılılıq inkişaf edən şəxslərdə hansı psixoloji dəyişikliklər müşahidə olunur?

Sualları cavablandıran psixoloq Elnarə Kərimova Yenisabah.az-a danışıb:

“Əslində mövzu çox dərindir və ciddi araşdırma tələb edir. Son zamanlar xüsusilə gənc ailələrdən alkoqol asılılığına görə ayrılma həddinə çatmayla bağlı müraciətlər  artır. Daha sonrakı mərhələlərdə isə narkotik maddələrdən istifadə ilə bağlı müraciətlər var. Amma əslində tütün və alkoqol narkotik istifadəsinə aparan yolun başlanğıcıdır. Çox zaman xüsusilə tütün məmulatlarından istifadənin gəncləşməsi müşahidə olunur ki, bu da sonrakı mərhələdə narkotikdən istifadəyə qədər apara bilər”.

Psixoloq qeyd edib ki, asılılıq psixolojidən fiziki duruma keçibsə, məsələ daha da ciddiləşir:

“Siqaret və alkoqoldan mütəmadi istifadə edən şəxslər elə düşünürlər ki, istədiyi zaman onu ata bilər. Yəqin ki, siz də ətrafınızda “istəsəm bu gün ataram” deyən, amma bunu həyata keçirməyən çox sayda insan görmüsünüz. Əslində bu, o qədər də asan məsələ deyil, xüsusilə əgər alkoqol və tütündən asılılıq psixoloji asılılıqdan fiziki asılılığa keçibsə, daha çətindir və tibbi, psixoloji müdaxilə tələb olunur.

Tibb işçiləri deyirlər ki, xüsusilə alkoqol asılılığının formalaşması fərqli olur, şəxsin psixi və fiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqolun toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma məhsullarının uzun müddətli qanda olması sonradan beyin toxumasına təsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isə fiziki asılılıq yaranır”.

E.Kərimova onu da vurğulayıb ki, ilkin dövrdə alkoqol insanda eyforiya hissi yaradır, o, özünü daha xoşbəxt, daha güclü, daha rahat hiss edir, sanki özgüvəni artır:

“Lakin bütün bu hisslər müvəqqətidir. Təkrar-təkrar həmin hissləri yaşamaq istəmək alkoqol asılılığına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol haqqında düşünür. Bu mərhələ psixi asılılıq dövrü adlanır. Bu mərhələdə psixoloji dəstək və güclü iradə ilə psixoloji asılılığı aradan qaldırmaq mümkündür. Çünki sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur və bu zaman tibbi müdaxilə vacib olur. Fiziki asılılıq əmək qabiliyyətini azaldır, şəxs elə bilir ki, daha yüksək dozada alkoqol qəbul etsə, vəziyyəti yaxşılaşacaq. Çünki daha az dozada alkoqol onu “xoşbəxt etmir”. Yaxud özləri dedikləri kimi, “dərdlərini unutdurmur”.  Beləliklə, asılılıq güclənir. Onlar işləməkdən vaz keçir, həyatdakı uğursuzluqlarını bu yolla unutmağa çalışır, ən yaxın adamlarına belə laqeyd olur, bəziləri hətta özlərini belə cəzalandırır, “içməsəm,  ürəyim partlayar” deyərək özlərinə bəraət qazandırırlar.

Azyaşlılar isə siqaret və alkoqoldan istifadəni böyümə əlaməti hesab edir, sanki “kişiləşdiklərini” bu yolla sübut etməyə çalışırlar.   Həmin yaş dövründə qorxutma, cəza, uşağın çantasını, ciblərini axtarmaq, paltarlarını iyləmək, cibxərcliyini kəsmək çox effektli olmur. Ona sadəcə bu vərdişlərin zərərini, bunun kişiliklə, böyüməklə heç bir əlaqəsinin olmadığını başa salmaq lazımdır. Çətindir, amma mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Dekabr 2024 01:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri