Icma.az
close
up
RU
Yeni dünya nizamı qurulur: Azərbaycan üçün böyük mərhələ başladı

Yeni dünya nizamı qurulur: Azərbaycan üçün böyük mərhələ başladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Dünya siyasəti çoxqütblü mərhələyə qədəm qoyub. Bu gün artıq bir deyil, bir neçə güc mərkəzi beynəlxalq qaydaları müəyyənləşdirmə yolundadır. Belə bir şəraitdə Azərbaycan balanslı, eyni zamanda, təşəbbüskar diplomatiya ilə seçilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına işgüzar səfəri də bu xəttin davamı və yeni mərhələsidir. Bu səfər, sadəcə, protokol mərasimi yox, konkret layihələr və institutlarla möhkəmləndirilmiş “Şərq vektoru”nun açıq ifadəsi oldu. Azərbaycanın Türk dünyası ilə birlikdə Şərqdən Qərbə uzanan geoiqtisadi xətdə strateji mövqeyini gücləndirdi”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova söyləyib.

Onun sözlərinə görə, aprel ayında Azərbaycan-Çin münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəlib:

“Pekində imzalanan 20-dən artıq sənəd yaşıl inkişafdan rəqəmsal iqtisadiyyata, aerokosmik əməkdaşlıqdan hüquqi sahələrə qədər geniş spektri əhatə edir. Bu sənədlər Bakının Şərq vektorunu institutlaşdırdığını göstərir. Çin XİN rəsmiləri də Azərbaycanı Cənubi Qafqazda “sabitləşdirici oyunçu” adlandıraraq yeni münasibətlərin konturlarını açıq ifadə etdilər.

Başqa bir istiqamət yeni koordinasiya meydanı Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlıdır. Tiencin görüşündə Çin rəhbəri Si Cinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmasına açıq dəstək verdi. Bu addım Azərbaycanın regiondakı rolunu yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşdırmır, həm də təhlükəsizlik, maliyyə və logistika üçbucağında koordinasiya imkanlarını artırır. Diqqətçəkən məqamlardan biri də budur ki, Çin diplomatiyası Azərbaycanın BRICS+ dialoquna qoşulmasına da maraq göstərir. Bu isə Azərbaycanın çoxqütblü dünyada rolunu daha da gücləndirir.

“Azərbaycan və Çinin adı bir cümlədə işlənirsə, ağıla ən ilk gələn hadisə, ünvan və ya yanaşmalardan biri Orta Dəhliz – Trans-Xəzər magistralının gücləndirilməsi olur. Çin rəsmən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TITR, Orta Dəhliz) əsas xətt elan etdi. Bu magistral Qazaxıstandan başlayaraq Xəzər, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çıxır. Əslində bu, Türk dünyasını birləşdirən ən böyük geoiqtisadi layihə kimi xarakterizə edilə bilər. Çin Nəqliyyat Nazirliyi 2025-ci ilin sonuna qədər Orta Dəhlizlə daşınan yüklərin həcmini ən azı ikiqat artırmaq hədəfini açıqlayıb. Bakı-Pekin əməkdaşlığı bu marşrutu daha dayanıqlı və rəqabətədavamlı edir. Prezidentin avqustun sonu, sentyabrın ilk günlərinə düşən Çin səfərinin ən önəmli bölümü konkret layihələr zərfidir. Bunlara AIIB (Asiya İnfrastruktur İnvestisiya Bankı) ilə əməkdaşlıq barədə birgə bəyanat, “PowerChina” ilə yaşıl enerji, su təsərrüfatı, tullantı suları və hidrogen layihələrinin müzakirəsi, CNCEC ilə SOCAR arasında çərçivə sazişi, əlavə olaraq, “Huawei” və ZTE ilə rəqəmsal transformasiya və süni intellekt üzrə ilkin memorandumlar daxildir. Bütün bunlar “Niyyət bəyannaməsi”ndən daha üstün – “kağız yox, real layihə” yanaşmasının ifadəsidir”, – deyə QHT sədri vurğulayıb.

Arzu Bağırova qeyd edib ki, Çin və Azərbaycan arasında vizasız gediş-gəlişin tətbiqi yeni strateji mərhələdir. Artıq iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə sərbəst səfər mümkündür. Bu addım biznes, turizm, təhsil mübadiləsini sürətləndirir, Orta Dəhliz boyunca “yumşaq bağlantı”nı möhkəmləndirir. Pekində Azərbaycan Turizm Evinin açılması planı da gündəmə gəlib. Bu isə insan axınının institusional mərkəzlərə çevriləcəyindən xəbər verir.

“Burada bir məqama da diqqət çəkmək lazımdır. Birinci xanım Mehriban Əliyevanın səfərdə iştirakı və yüksəksəviyyəli görüşlərə qatılması Azərbaycanın mədəni-humanitar xəttinə incə bir toxunuş qatdı. Bu, qarşılıqlı münasibətlərin təkcə iqtisadi deyil, həm də mədəni, təhsil və humanitar aspektlərinin inkişafına xidmət edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Çin səfəri Türk dünyasının Şərqdən Qərbə uzanan strateji xəttinə yeni “bəndlər” əlavə etdi. Azərbaycan artıq Şərqdən Qərbə gedən yolun tranzit nöqtəsi olmaqla yanaşı, strateji qərar mərkəzinə çevrilməkdədir”, – deyə Arzu Bağırova bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri