Icma.az
close
up
RU
Əliyevdən möhtəşəm addım: Yeni dünya nizamı Azərbaycanda qurulur Sensasiya

Əliyevdən möhtəşəm addım: Yeni dünya nizamı Azərbaycanda qurulur Sensasiya

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Suriyadakı Əsəd rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradıb.

Sitat:

“Suriya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu”.

Əsəd rejiminin devrilməsindən sonra Azərbaycanın Yaxın Şərqdə ciddi mövqe əldə etdiyini deyə bilərikmi? Ümumiyytələ, Suriya Bakı üçün niyə bu qədər önəmlidir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Yaxın Şərqdə baş verən hadisələr yeni dünya nizamının qurulması istiqamətində gedən proseslərin tərkib hissəsidir:

“Heç tərəddüd etmədən yeni dünya nizamının qurulmasının məhz Azərbaycandan başladığı fikrini irəli sürə bilərəm. Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsini bu cür qiymətləndirirəm. SSRİ-nin dağılması Qarabağdan başladığı kimi, yeni dünya nizamının yaradılması da oradan start götürdü. Amma bu dəfə rollar dəyişmişdi: əsas vəzifəni Azərbaycan yerinə yetirirdi. Azərbaycan yeni quruluşun bünövrəsini qoydu. Məhz buna görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bugünkü və bundan sonra baş verəcək hadisələri nəzərdə tutaraq cəmiyyətimizi hazır olmağa çağırırdı.

Bütün bunları izlədikcə, 44 günlük müharibə ərəfəsində və sonrakı hadisələri analiz etdikcə dövlət başçımızın həqiqətən bir neçə on ili qabaqcadan görmə bacarığına yaxşı mənada qibtə etməyə bilmirsən. Bəzən elə gəlir ki, bu hadisələr hamısı bir mərkəzdən – Azərbaycandan idarə olunur”.

Əlimusa İbrahimov

Politoloq vurğulayıb ki, Suriyada baş verən hadisələr Azərbaycanın maraq dairəsindədir və Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla son telefon danışığı bunu sübut edir:

“Yaxın Şərq Azərbaycan üçün ona görə maraqlıdır ki, bu region Türkiyənin diqqətindədir. Türkiyənin buradakı hadisələri idarə edib yönəltmək imkanları və bununla da beynəlxalq aktora çevrilmək şansları artıb. Niyə Azərbaycan bu hadisələrdə Türkiyə ilə birlikdə olmasın? Axı Türkiyənin məqsədləri elə Azərbaycanın məqsədləri demək deyilmi?!

Suriyada Azərbaycanla mənəvi tellərlə bağlı olan milyonlarla türkmən yaşayır. Bu türkmənlər uzun müddət əzab-əziyyət içində yaşayan qardaşlarımızdır. Onların həyatını rahatlaşdırmaq üçün böyük şans yaranıb. Azərbaycan məhz millətimizin bir parçası olan bu insanlara yaxından kömək etmək üçün Türkiyənin yanında olmalıdır.

Suriya, İraq, Livan türkmənləri gələcəkdə Türk birliyini daha möhkəmləndirən əlavə qüvvələrə çevriləcək. Bu gün böyükdən-kiçiyə bütün dövlətlər Suriya böhranını idarə etmək üçün Türkiyəyə öz yardımlarını təklif edir. Azərbaycan isə artıq Türkiyənin yanındadır. Azərbaycan Türkiyə ilə birlikdə hərəkət edir. Bu belə də olmalıdır. Biz birlikdə daha güclüyük”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri