Icma.az
close
up
RU
Yeni dünya nizamında Azərbaycanın yeri

Yeni dünya nizamında Azərbaycanın yeri

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli telekanallara verdiyi müsahibədə yeni dünya düzəninin başlanğıcından və Azərbaycanın bu nizamdakı yerindən, prosesə verdiyi töhfələrdən və ölkəmizin malik olduğu üstünlüklərdən də bəhs edib. İlham Əliyev Azərbaycanın iqtisadi göstəricilərinə, müstəqil xarici siyasətinə, Cənubi Qafqazın yeni nəqliyyat və energetika xəritəsinin yaranmasındakı əsas roluna, eləcə də coğrafi quruluşuna əsaslanaraq, ölkəmizin əvəzolunmaz olmasına diqqət yönəldib. 

Dövlət başçısı qeyd edib ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz:

“Bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk”. 

Heç şübhəsiz ki, Azərbaycanın qeyd olunan yüksək göstəricilərini şərtləndirən əsas amil var və bu, müstəqil xarici siyasət xəttimizdir. Məhz bu xətt imkan verir ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı əməkdaşlıq şəraitində işləsin, həm xarici investisiyaların cəlb olunması, həm də transmilli layihələrin icrası sahəsində ürəkaçan nəticələr əldə etsin. Müstəqil xarici siyasət olmayanda, öz təbii resurslarına da sahiblik edə bilmirsən. Yəni, sənə imkan vermirlər ki, malik olduğun potensialı hərtərəfli inkişafına yönəldəsən. 

Müstəqil xarici siyasəti olmayan ölkələrdə daxili sabitliyi təmin etmək də çətin olur. Ölkəni investisiyalara, birgə böyük layihələrə, eləcə də ayrı-ayrı ölkələrlə strateji müttəfiqlik bağlantılarına cəlbedici edən əsas faktorlardan biri sözsüz ki, daxili sabitlikdir. Başqa sözlə desək, Azərbaycanı əvəzolunmaz edən bir amil deyil, amillər zənciridir ki, bunu da cənab Prezident öz müsahibəsində dəqiqliklə sıralayıb. Bu amillərdən daha biri də ölkədəki müasir infrastrukturdur. Ölkə təbii sərvətlərlə zəngin ola bilər. Lakin onlardan istifadə, malik olduğun sərvətləri inkişafa, əməkdaşlıqların qurulmasına yönəltmək və təbii olaraq dünyaya çıxmaq üçün müasir infrastruktur olmadan mümkün deyil. 

Müasir infrastrukturun qurulması isə heç şübhəsiz ki, ağıllı idarəçilikdən, gəlirlərin səmərəli xərclənməsini təmin etmək bacarığından asılıdır. Dünyaya açıqlıq. Azərbaycanı beynəlxalq aləmə təqdim edən amillər sırasında ölkəmizin dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də ekoloji tarazlığın təmin olunmasına, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinə, qlobal problemlərin həllinə əhəmiyyətli töhfələr verməsini də xüsusi qeyd etməliyik. Bütün bu qeyd etdiklərimizdir ki, Azərbaycanı əvəzolunmaz ölkəyə çevirir. 

Yuxarıda da qeyd etdiyimiz kimi, bənzərsiz olduğumuzun arxasında amillər zənciri dayanır ki, bu zəncirin də yaradıcısı məhz Prezident İlham Əliyevdir. Bu zəncirdəki halqalardan hər birinin ərsəyə gətirilməsi praqmatik yanaşmaya, dərin iqtisadi və siyasi biliklərə, yüksək idarəçilik məharətinə söykənir. Deməli, birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanı əvəzolunmaz ölkə səviyyəsinə yüksəldən İlham Əliyevdir! Məhz onun siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyaya günəş kimi doğur! 

Elcan
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://missiya.az
archiveBu xəbər 09 Yanvar 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri